Gəncə icra Hakimiyyətində YOXLAMA APARILIR



Gəncə İcra Hakimiyyətində yoxlama aparılır. Ajans.az-ın əldə etdiyi məlumata görə, Hesablama Palatası İcra Hakimiyyətində nəzarət tədbiri həyata keçirir. Ajans.az məsələ ilə bağlı Hesablamalar Palatasına sorğu ünvanladı.

 

Sorğumuza cavab olaraq bildirildi ki, Azərbaycan Respublikası Hesablama Palatası

tərəfindən 2025-ci ilin İş Planına əsasən Gəncə Şəhər İcra Hakimiyyətində nəzarət tədbiri

həyata keçirilir.

 

“Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun

22-ci maddəsinə uyğun olaraq audit prosesi hazırda davam edir.

Nəzarət tədbirlərinin nəticələri barədə məlumatların təqdim edilməsi “Hesablama

Palatası haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə uyğun olaraq

tənzimlənir.


Tarix: 4-11-2025, 22:58
Xəbəri paylaş



Xəbər lenti