Zaqatalada 613 minlik təmir dayandırıldı

Zaqatala Rayon İcra Hakimiyyətinin şəhərin küçələrinin asfaltlaşdırılması ilə bağlı elan etdiyi tender baş tutmayıb.

32gun.az xəbər verir ki, satınalma prosesində iştirak etmək üçün tələb olunan sayda təchizatçı müraciət etməyib. Belə ki, qanunvericiliyə əsasən müsabiqədə ən azı üç təchizatçı iştirak etməlidir. Lakin bu şərt yerinə yetirilmədiyindən tenderin tamamlanması mümkün olmayıb.

Layihənin ehtimal olunan dəyəri 613,6 min manat olaraq göstərilib.

İcra Hakimiyyəti tenderin ləğv edilmə səbəbini “müsabiqəyə təklif verən malgöndərənlərin sayı qanunvericiliklə müəyyən edilən saydan az olması” ilə izah edib.

Tarix: Bu gün, 08:59
Xəbəri paylaş



Xəbər lenti