“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə Bayandur kəndində Birinci Qarabağ müharibəsinin ikinci dərəcəli əlili Əliyev Məzahir Əlif oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
Qeyd edək ki, Əliyev Məzahir Əlif oğlu 01.08.1975-ci il tarixində Tərtər rayonunun Bayandur kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 1993-cü ilin dekabr ayında düşmən tərəfindən atılan mərminin təsiri nəticəsində yaralanır, ancaq buna baxmayaraq müharibənin son gününə qədər vuruşmağa davam edir. Döyüşlərdə aldığı xəsarətlərə görə ikindi dərəcəli əlillik təyin edilib.
Məzahir Əliyev onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.