“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Qurban Bayramı ərəfəsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonunun Dəmirçilər kəndində Vətən müharibəsinin mülki şəhidi İbrahimov Şahin Mahmud oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
Görüşdə Vətən müharibəsi şəhidi İsmayıllı Şamil Kamil oğlunun anası Səlminaz İsmayılovada iştirak edib.
Qeyd edək ki, Şahin İbrahimov 30 sentyabr 2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin qarşısındakı ərazinin atəşə tutulması nəticəsində şəhid olub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.