Qubanın Dəlləkli kəndinin girişində polis postları qurulub: Nə baş verir?






Qubanın Dəlləkli kəndində ayrı-ayrı həyətlərdə ot tayaları yanır, kəndin girişində polis postu qoyulub.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Dəlləkli kənd sakinləri bildirirlər ki, kəndin gün ərzində dörd yerində yanğınlar baş verib, onlara məxsus tayaları və tövlələri yandırıblar.

Hadisə yerinə FHN-nin Quba Yanğından Mühafizə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi gəlib.

Bundan əlavə, hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev də baş çəkib. Yanğının qəsdən törədilməsi güman edilir.

Faktla bağlı araşdırma aparılır.
Tarix: 20-09-2020, 07:58
Xəbəri paylaş



Xəbər lenti