16 sentyabr 2020-ci il tarixdə sosial şəbəkələrdə “Tərtər camaatı küçələrə axışdı” başlığı altında verilən çəkilişlə bağlı bildiririk ki, həmin ərazi Tərtər rayonunun deyil. Ağdam rayonunun məcburi köçkünlərin məskunlaşdığı “Dördyol” qəsəbəsidir. Həmin əraziyə toplaşan insanlar isə Ağdam rayonunun sakinləridir.
Bu barədə Siam.az-a Tərtər rayon icra hakimiyyətindən bildirilmişdir.
Çəkilişi aparan Tərtər rayonun Səhlabad kənd sakini özünü blogger adlandıran Ziya Mahmudov olduğu üçün əraziyə toplaşanlar Tərtər rayonunun sakinləri kimi təqdim olunur.
Tərtər rayon icra hakimiyyəti tərəfindən Türk bayrağının endirilməsi ilə bağlı heç bir göstəriş verilməmişdir.
Tarix: 18-09-2020, 08:38