Hafiz Hacıyev Oqtay Əsədovun qudasının Samuxda insanlara zülm etdiyini iddia etdi...



“Xalqla-dövlət arasında bu cür narazılıq salan icra başçılarının hamısı həbs edilməlidir...”


“Onlaq ancaq çalışırlar ki, xalq arasında narazılıq yaratsınlar. Bunu da Azərbaycanda cənab prezident çox gözəl görür və ona görə də bu adamların vəzifədən getməsi onlar üçün böyük hədiyyə olardı”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri bu gün vəzifədən çıxarılacaq icra başçılarının fəaliyyətinin yoxlanmasının vacibliyini vurğulayıb:

“Artıq ölkədə kadr islahatları başlayıb, cənab prezident bunu ardıcıl şəkildə həyata keçirir. Bu kadrların da səksən faizi R.Mehdiyevin adamlarıdır. Özünüz də şahidisiniz ki, Ziya Məmmədovun da kadrları Ucarda vəzifədədir. R.Mehdiyevin qoyduğu insanların hamısı vəzifədədir və saxtakarlıqla məşğuldurlar, ölkədə gedən inkişafa uyğunlaşa bilmirlər və ancaq təxribatla məşğul olurlar. Onlaq ancaq çalışırlar ki, xalq arasında narazılıq yaratsınlar. Bunu da Azərbaycanda cənab prezident çox gözəl görür və ona görə də bu adamların vəzifədən getməsi onlar üçün böyük hədiyyə olardı. Onların hər birinin fəaliyyəti yoxlanılıb həbs edilməlidir. Rayonlara ayrılan pulları R.Mehdyevlə birlikdə yeyiblər və hətta zəng vurub deyiblər ki, yediyiniz pulun 60-70 faizini geri qaytarın. Məsələn, vaxtilə Salyanın icra başçısı T.Kərimova göstəriş vermişdilər ki, pulu geri qaytar, o, pulu geri qaytarmadığı üçün başına oyun açdılar. 
Bu gün rayonların əksəriyyətində narazılıq, haqsızlıq, camaatın torpaq sahələrinin əlindən alınması halları var. Xalqla dövlət arasında bu cür narazılıq salan məmurların hamısı həbs edilməlidir. Onları belə buraxsaq, yığdıqları milyardların hesabına gedib yaşayacaqlar. Həmin adamlar yığdıları pulları dövlət çevrilişinə xərcləriylər və hər biri də müəyyən media qruplarında dövlət başçısının əleyhinə əks-təbliğat aparırlar. Bizim Samux rayon təşkilatının rəhbərinin məktublarını ortaya qoysaq, görərsiniz ki, rayonun icra başçısı xalqa necə zülm edir. Ölkə başçısı keçən dəfə çıxışında dedi ki, “Hansı rayona gedirəm soruşuram deyirlər ki, hər şey əladır. Amma sonra baxırsan ki, heç də belə deyil”. Bu icra başçıları rayonun girişini bəzəyib ölkə başçısı gələndə ona göstərirlər. Amma gedin görüm kəndlərdə vəziyyət necədir. Elə kəndlər var ki, nə yolu, nə qazı, nə də işığı var. Ölkə başçısı bu işlərə pul ayırıb, amma hamısını özlərinə xərcləyiblər. R.Mehdiyevin əlində milyardlarla pulu var və o, bu pulla xalqı küçələrə çıxarıb dövlət başçısının əleyhinə qaldırmaq istəyir. Bu torpaq, vətən hamımızındır, ürəyim yandığı üçün bunları deyirəm. O, icra başçılarından soruşmaq lazımdır ki, siz maaşla bu qədər mülkləri necə əldə etmisiniz? İcra başçıları vətəndaşların problemləri ilə maraqlanmırlar. Biz çalışmalıyıq ki, bu cür işlərlə başımızı qatmayaq və türk ordusunun iştirakıyla Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün dövlət başçısının yanında olaq”.

Xatırladaq ki, Beyləqan, Lerik, Tovuz, Astara, Samux və Qəbələnin icra başçılarının vəzifədən azad ediləcəyi bildirilir. Onların bəzilərinin hətta həbs olunması ehtimalının da böyük olduğu deyilir. 
Tarix: 16-09-2020, 21:32
Xəbəri paylaş



Xəbər lenti