Quba Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinə cinayət işi açıldı


















Quba Rayon İcra Hakimiyyəti başçısının Vladimirovka inzibati ərazi dairəsi üzrə nümayəndəsi Abayev İslam Əhmədpaşa oğlunun barəsində cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, İslam Abayevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddəsi ilə ittiham elan edilib.

İslam Abayevin barəsində olan cinayət işi baxılması üçün Quba rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Rahim Həsənovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.
Tarix: 9-09-2020, 13:51
Xəbəri paylaş



Xəbər lenti