Goranboydan daha bir dəhşətli şikayət:
Bu barədə saytımıza Qızılhacılı qəsəbə sakinləri Musayev Eldar və Verdiyev Arzu tərəfindən müraciət daxil olub.
Müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Baş Prokrora, Daxili İşlər Nazirinə, Dövlət Təhlükəszlik Xidmətinə
Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına, Əmlak Məsələri Üzrə Dövlət Komitəsinə
Qızılhacılı qəsəbə sakinləri Musayev Eldar və Verdiyev Arzu tərəfindən başımıza gətirilən müsibətlərdən dolayı
ŞİKAYƏT ƏRİZƏSİ
Bir daha bildiririk ki, sözdə hüquqi, sosial dövlət olan Azərbaycan Respublikasının Goranboy rayonunda orta əsrlərin feodal quruluşunu yaşayırıq. Belə ki, biz 2019-cu ildən Respublikada korrupsiyaya qarşı mübarizənin olduğunu zənn edərək bu işin çox ləng getdiyini, ictimai nəzarətin regionlarda hələ də zəif olduğunu, informasiya kommunikasiya texnologiyasının bu inkişafı dövründə hamının gördüyü soyğunçuluq, talançılıq və qanunsuzluqların ictimailəşdirilməsini istəmişdir. Bu çıxışlara müsbət mənada inanaraq, biz də Goranboy rayonunun bir qrup qəsəbə sakini tərəfindən 06.09.2019-cu il tarixində Respublikanın yüksək səlahiyyətli orqanlarına kollektiv müraciət ünvanladıq.
Müraciətimizdə Qızılhacılı qəsəbəsinin keçmiş Qara Məmməd adına kolxozun aqrar islahat komissiyası tərəfindən yerli əhalinin istifadəsi üçün nəzərdə tutulmuş asudə örüş sahələrinin zəbt edilərək əkilməsi, idman meydançalarının, elat yollarının, zibil tökülməsi üçün nəzərdə tutulmuş sahələrin, bələdiyyənin ehtiyat fondunun və digər sosial yönümlü problemlərin aradan qaldırılması üçün xahiş etmişik .
Müraciətlə bağlı səthi araşdırma aparıldı və dırnaq arası akt tərtib olundu. Buna baxmayaraq məsələyə hüquqi qiymət verməli olan rayon polis şöbəsinin müstəntiqi FəridMehdiyev işi hər vəclə bizdən gizlədərək örtbasdır etdi . Bundan ruhlanan Əhmədov Ehtibar və digər torpaq ağaları öz çirkin fəaliyyətlərinə davam edərək,yerdə qalan asudə örüş sahələrinidə şumladılar. 2020-ci ilin yazında heyvanların örüşə gedən vaxtı biz gördük ki, hər yer şumlanıb və toxum səpilib.
Bununla bağlı may ayının 04-tarixində Goranboy rayon icra başçısı Məhərrəm Quliyevin qəbulunda olduq və örüşümüzün zəbt olunduğundan, məcbur olub kəm-kəsirlə verilmiş pay torpaq sahəmizdə əkilmiş dənli bitkiləri otardığımızı bildirdik, əlavə olaraq qəsəbəyə gələn içməli su xətlərinin sökülüb-dağıdılmasını, kolxozdan qalmış əmlakın əhaliyə deyil, qəsəbədə xırda bir qrupun əlinə keçdiyini seçkidən aylar keçməsinə baxmayaraq qəsəbə bələdiyyəsinin hələdə sədir seçib faliyətə keçmədiyini bildirdik.Bütün bunları dinləyən rayon İcra başçısı rayon idarə etmə orqanlarının DTX-dan, RPŞ-dan, Prokurorluqdan, Məhkəmədən Gəncə regional Ədliyyə idarəsindən, Lahiyyə tədqiqat mərkəzindən səlahiyyətli nümayəndə olmaqla şəxsimizin yerlərdə olan çatışmamazlıqları göstərməmiz üçün geniş tərkibli komissiya yaradılmasını qərara aldılar. Həmin qəbulda RPŞ-nin rəisi və DTX-nin rəisi də iştirak edirdilər. Bütün bunlardan sonra bizə qarşı hədə-qorxu gəlmək vasitəsi ilə təziq etməyə çalışdılar. Biz vəziyyətin ciddiliyini nəzərə alıb sosial şəbəkələr vasitəsi ilə Prezidentimizə Goranboy rayon Qızılhacılı qəsəbəsində rayon İcra başçısının 1ci müavini,oliqarxı məmur C.Həsənovun kirvəsi Əhmədov Ehtibar Lətif oğlunun dövlət içində dövlət yaradaraq, illərlə qəsəbəni taladığını və hər cür qanunsuzluğu edərək Qızılhacılı bələdiyyəsini zəbt etdiyini bildirmişik.
May ayının 13-ü tarixində İcra başçısının qəbul günü İcra hakimiyyətinə getdik ki,görək komissiya nə vaxt fəaliyyətə başlayacaq. Biz ora çatdıqda təxminən 50-60 nəfər Buzluq kəndinin sakinləri olmaqla örüş sahələrinin zəbt olunması və digər sosial məsələlərlə əlaqədar İcra hakimiyyətinin binasının arxasında etirazlarını bildirirdilər. Biz ora çatdıqda qəbul növbəsinə yazılmamış 1-ci müavin C.Həsənov bizim işimizin düzəldiyini deyərək qolumuza girərək içəri apardı.İçəridə olanlar heç bir hüquqi və insani çərçivəyə sığmayan ancaq qanunların işləmədiyi şəraitdə kriminal razborka üsuli ilə, 1-ci müavinin başçılığı ilə bir neçə nəfər otaqda fiziki güc tətbiq etməklə bizi döyüblər. İcra başçısı Məhərrəm Quliyevin yaratdığı komisiya rayon icra hakimyəti məmurlarının başçılığı ilə qoçu dəstəsi yaradıb bizi döydürməkdən şərlətməkdən təhqir etməkdən ibarət olmuşdur. Bundan sonra baş verən hadisələr işin daha faciəvi tərəfidir. İşi araşdırmalı olan Goranboy prokurorluğu məsələnin dəqiqliyi ilə araşdırmaqdansa ssenarisi Goranboy rayon İcra hakimiyyətində yazılmış C.Həsənovun və onun tabeliyində olan dırnaq arası məmurların mələk rolunda göstərilməsi olmuşdur.Hadisə yerinə şəxsimizin iştiraki ilə baxış keçirilməmiş,kamera görüntüləri incələnməmiş ,hadisə yerində olan şəxslərin izahatlarına baş vurulmamış hər cəhtlə İcra hakimiyyətində baş verən insidenti öz xeyirləri naminə örtbasdır edərək hətta Prokurorluğun qərarını belə bizə verməyə ehtiyac bilməmişdilər. 20.05.2020-ci il tarixdə bizi polis şöbəsinə qanunsuz yer zəbt etmələrlə bağlı izahatımıza baş vuracaqları adı ilə polisə çağıraraq, polis gücü ilə Məhkəməyə apardılar.
Məhkəmə binasının həyətində C.Həsənov tərəfindən öyrədilmiş bir qrup tərəfindən sonradan C.Həsənovun şahid kimi gətirdiyi Cəmilə adllı qadın tərəfindən nalayiq ifadələrlə təhqir olunaraq, gülüş hədəfinə çevrilmişik.Saat 11:00-da hakim İsmayıl Əbdürrahmanlının sədrliyi ilə keçirilən Məhkəmə iclası Azərbaycan Respublikasının qanunlarının və Azərbaycan Respublikasının üzv olduğu Beynəlxalq Konvensiyaların kobud surətlə pozulması ilə keçirilmişdir. Belə ki bizi müdafiə edəcək vəkilimizin iştirakına icazə verilməmiş, şahidlər gətirməyimizə imkan verilməmiş, şəxsi noutbukumuzdan istifadə olunmasına icazə verilməmiş,təcili tibbi yardım kitabının gətirilməsi təmin edilməmiş,İcra hakimiyyəti binasında olan kamera görüntülərindən istifadə olunmaması və sairə halları nəzərə almadan keçirilmişdir.Məsələnin trajikomik tərəfi Eldar Musayevin Məhkəmədə son sözü olaraq hakimdən ədalət istəməsinə hakimin verdiyi cavab:”Ədalət burada yoxdur.”Daha gülməli məqam odur ki,əlində,başında,bədəninin müxtəlif nahiyyələrində kəsiklər və qançırlar olan Verdiyev Arzu Vəli oğlu ittiham olunan kimi 10 gün həbs olunduğu halda ,yanağından yağ daman bahalı geyimi iləəndəzalı şəkildə Məhkəmə zalında bahalı telefonu ilə iqra oynayan Ceyhun Həsənov zərər çəkmiş kimi göstərilmişdir.Ceyhun Həsənovun zərər çəkməsi özünündə Məhkəmədə Arzu Verdiyevin öz vəkilini israrla tələb etməsinə ehtirazını bildirərkən demişdir:”Bu işi tez həll elə,bu jurnalistlərin əlindən işləyə bilmirik.” əlavə olaraq Ceyhun Həsənovun Məhkəməyə göstəriş verməsi zərərçəkənin nəyin zərərinin çəkməsinin sübutudur. Qurulma Məhkəmə materiallarından da hətta görünür ki,burada yalnız Arzu Verdiyevin başında və bədənində xəsarətlər var.İşin İcra hakimiyyətində hazırlandığının daha bir sübutu Prokurorluqda və Məhkəmə qərarının eyni gündə eyni vaxtda verilməsidir. Bizi döyməklə Məhkəmə vasitəsi ilə həbs və cərimə etdirməklə hikkəsi soyumayan Ceyhun Həsənov Goranboy rayon İcra hakimiyyətinin rəsmi facebook səhifəsi vasitəsi ilə Qızılhacılı qəsəbəsinin talanmasında aktiv iştirak etmiş əlaltıları vasitəsi ilə bizə qarşı şər-böhtan kompaniyası başladaraq, həmin adamların qohumları vasitəsi ilə bizi söydürərək, hətta İcra hakimiyyətinin rəylər bölümünündəki söyüş və təhqirləri layk elətdirir.Bütün bunları görüb 102 xidməti vasitəsi ilə Goranboy P.Ş-nə şikayət etmişik.Əlimizdə video görüntü olduğu halda şikayətimizə baxılmadığından Goranboy Prokurorluğuna son 2 ayda 5 dəfə rəsmi qaydada ərizə göndərmişik.Bu günədək əvvələrdə olduğu kimi bizim şikayətlərimizə baxılmır.Bunun məntiqi bir izahı var. Goranboy Prokurorluğu ancaq vətəndaşları şərləmək,əzmək,təhqir edənləri isə qoruyaraq namuslu vətəndaşları dövlətdən narazı salmaqla məşğuldur.Bütün bu qeyd etdiyimiz faktlar oliqarx məmur Ceyhun Həsənovun 2000-ci illərdən başlayaraqrayonda yüksək vəzifə tutduğu dövrlərdə faktiki olaraq rayon idarəetməsini ələ keçirmiş büdcə vəsaitlərini taladığı bəs deyilmiş kimi aşağıda qeyd edəcəyimiz yüzlərlə işçilərin çalışdığı dövlət müəssisələrini dağıdılıb mənimsənilməsinə rəhbərlik etmişdir:
1.Qızılhacılı qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı texnikalarının kapital təmiri və nəqliyyat məsissəsi.
2.8 saylı Səyya Mexanikləşdirilmiş tikinti dəstəsi.
3.Qızılhacılıda yerləşən Tikiş fabriki.
4.Qızılhacılıda olan Aqro kompleks.
5.Goranboy şəhərində yerləşən 10 min ton məhsulu qəbul edən Şərab zavodu.
6.Goranboy şəhərində yerləşən Kərpic zavodu.
7.Goranboy şəhərində yerləşən kolxozlar arası Tikinti təşkilatı.
8.Goran dəmir yolu yaxınlığında yerləşən rayonlar arası Neft bazası və 10min ton yüklərin qəbul etmək gücündə olan anbarlar.
9.Qaraçinar kəndində yerləşən Konserv və Çaxır zavodları.
10.Qazanbulaq qəsəbəsində yerləşən Ümumittifaq əhəmiyyətli optik Cihazlar zavodu.
11.Qızılhacılı qəsəbəsinə gələn Tərtər içməli su xətti.
12.Tərtər rayonu ərazisindən Naftalan şəhərinə gələn içməli su xəttinin sökülməsi(həmin borularla şadlıq evinin tikilməsi)
13.Kürəkçay Gürzalılar kəndinə çəkilmiş su xətti və Nasos stansiyası(həmin su xəttinin bir hissəsi Eyvazlılar kəndində Elxana satılıb)
14.Goranboy şəhərində yerləşən ictimai iaşə obyektləri və strateji əhəmiyyət kəsb edən torpaq sahələrinin yaxın adamlarının adına sənədləşdirilməsi.
15. Goranboy rayonu Veysli kəndi ərazisində yerləşən damazlıq-kökəltmə heyvandarlıq kompleksinin yerlə yeksan edilməsi.
16.Qızılhacılı qəsəbəsində yerləşən rayon texniki təchizat birliyinin inzibatı binasının təzə tikilmiş kimi göstərərək xəstəxana adı ilə büdcə vəsaitinin mənimsənilməsi
17.Tərtər-Qazanbulaq-Kürəkçay dəmiryol stansiyasına çəkilmiş neft kəmərinin və nasos stansiyalarının sökülməsi
Qeyd etdiyimiz bu faktlar Ceyhun Həsənovun talançılıq əməllərinin gözə çarpanlarının kiçik bir hissəsidir.Bu faktları ictimailəşdirdiyimiz üçün bizə qarşı şər-böhtan kompaniyası başladaraq İcra hakimiyyətinin binasında bir qrup məmur tərəfindən döyülərək, şərlənmişik. Yuxarıda qeyd olunanları nəzərə alaraq sizlərdən illərlə Goranboy rayonunu soyub toplayan qanunsuz qərarlar verən məmurlar və hüquq mühafizə orqanları əməkdaşları haqqında tədbir görülməsini və bizim pozulmuş haqq-hüququmuzun bərpasının təminatçısı olasınız.
İmzalar: Musayev Eldar Cabbar oğlu.
Verdiyev Arzu Vəli oğlu.
Mənbə:7news.az
Tarix: 29-08-2020, 21:25