Yevlax sakinləri: “Yeni çəkilən yolda piyadalar üçün səki qoyulmayıb”




 Yevlaxın Xanabad kəndində sakinlər yol kənarında hərəkətin təhlükəli olduğunu bildirirlər.Yeniavaz.com xəbər verir ki, kənd sakinlərindən Mübariz Qasımov bildirir ki, yeni çəkilən yolda piyadalar üçün səki qoyulmadığı üçün hərəkət sakinlər üçün təhlükəli hal alıb: “O vaxt dedilər ki, biz sizə müasir səviyyəli piyada yolu tikəcəyik, indi yol qurtarıb boyunlarından atırlar ki biz belə söz deməmişik, bizim layihəmizdə yoxdur”.
Sakinlər bildirir ki, müasir yolun çəkilməsinə sevinirlər amma əvvəlki qaydada piyadalar üçün səkinin olmaması onları məyus edir. Bu, çox məktəblilərin hərəkəti zamanı daha təhlükəli olacaq.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. O, bəhs edilən ərazidə yolun çəkilişi bitdikdən sonra piyada səkilərinin qoyulacağını bildirdi: “Orada yolun çəkilişi hələ bitməyib. Sakinlərin narahatlığına heç bir əsas yoxdu, layihəyə uyğun həmin kənddə səkilər qoyulacaq.”
Esmira Hidayətova, Yevlax
Tarix: 7-08-2020, 20:20
Xəbəri paylaş



Xəbər lenti