Saatlıda dövlətin pullarına kim tamah salıb? - İDDİA

Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa qarşı genişmiqyaslı mübarizə sanki Saatlı Mədəniyyət Mərkəzinə aid deyilmiş. Hətta Mədəniyyət Nazirliyində məsul şəxslərin həbsi, bu nazirlikdə aparılan yoxlamalar da Saatlı Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyevi qəflət yuxusundan ayıltmayıb. Görünür B.Əliyev yoxlamalar başa çatana qədər büdcə vəsaitindən mənimsədiyini qənimət bilir.
Bu gün Saatlı rayonu ərazisindəki mədəniyyət evləri və klublara baxış keçirilsə, məlum olar ki, əksəriyyətinin adı var, özü isə yoxdur. Əksər kəndlərdə illərlə qapısı bağlı qalan uçuq-sökük binalar guya, mədəniyyət evi və ya klubdur. Həmin “binalarda” hətta oturmağa stul və sınıq-salxaq da olsa, skamya da yoxdur. Bəhanələri də budur ki, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov, bəli Apoş oğlu, bu vəzifəyə təyin olunan gündən klub və mədəniyyət evləri inventar üzünə həsrət qalıblar.
Saatlı Mədəniyyət Mərkəzininin direktoru Bəylər Əliyevin deməsinə görə, son 4 ildə kənd klub və mədəniyyət evlərinə bir vərəq də olsun, ağ kağız, adi karandaş da verilməyib. Əslində, karğüzarlıq ləvazimatları bütün mədəniyyət müəssisələrinə, o cümlədən Saatlı rayonundakı klub və mədəniyyət evlərinə də ayrılıb. Ancaq bunların hamısı Bəylər Əliyevin əli ilə mənimsənilir. Hətta kənd klub və mədəniyyət evlərinin “işçiləri” hər ay aldıqları əmək haqqının 40 faizini Bəylər Əliyevə verirlər. Verməsələr, Bəylərin dediyi kimi, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov həmin klub və mədəniyyət evlərini bağlayar. Ona görə də kənd mədəniyyət evi və klubların işçiləri hər ay əmək haqqlarından 30-40 faiz Bəylər müəllimə vermək üçün onun qapısının ağzında növbəyə dayanırlar.
B.Əliyev bununla qane olmur. O, özü üçün bir neçə “adı olub, özü olmayan” işçi də saxlayır. Məsələn, rayonun Varxankənd kənd klubunun mədəni təşkilatçı vəzifəsində “işləyən” Ağalarova Məharət Mirələkbər qızı 5 ildən artıqdır ki, Sumqayıt şədərində yaşayır. Ancaq hər gün kənd klubunda, guya, “işdə” olur. M.Ağalarovanın aylıq əmək haqqı Bəylər Əliyevə çatır. Əmək haqqı kartı da Bəylər Əliyevdədir. Rayonun klub və mədəniyyət evlərində belə “ölü canlar” coxdur.
Təəssüf ki, ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı aparılan mübarizədən, xüsusilə Mədəniyyət Nazirliyindəki həbslərdən nə Saatlı Mədəniyyət Mərkəzinin direktoru Bəylər Əliyev, nə də Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Apoş oğlu Ramazanov ciddi nəticə çıxarırlar. Onlar büdcə vəsaitini talamaqda davam edirlər.
GundemXeber.Az
Tarix: 14-07-2020, 08:32
-
Bu gün, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Bu gün, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”