Rəis müavininin molladan pul istəməsi xəbəri haqda - AÇIQLAMA




Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun rayonda yas mərsasiminin keçirilməsi üçün pul tələb etməsi iddialarına münasibət bildirib.

Yeniavaz.com-un xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo"ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Əfsuslar olsun ki, bəzi sosial şəbəkələrdə və xəbər saytlarında bu gün Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyinin adına həqiqəti əks etdirməyən, böhtan xarakterli yazı dərc edilib. Bildirmək istəyirəm ki, Tovuz rayonunda hər hansı bir şəxs vəfat etdikdə dərhal Tovuz Rayon Polis Şöbəsinin rəhbərliyi həmin şəxsin ailə üzvləri ilə əlaqə saxlayır, onunla profilaktik söhbət aparır, karantin rejimin tələbləri bir daha onun nəzərinə çatdırılır və karantin rejimi pozulduqda məsuliyyət daşıyacaqlarını qeyd edir. Hər hansı bir yas yerindən pul istənilməsi tamamilə cəfəngiyyatdır, həqiqətə uyğun olmayan məlumatdır”.
Qeyd edək ki, sosial şəbəkələrdə Tovuz Rayon Polis Şöbəsinin rəis müavini İslam Əhmədovun mollaya zəng edərək “üç” və “yeddi” mərasimləri üçün 500 manat pul istəməsi ilə bağlı məlumatlar yayılıb.
Tarix: 11-07-2020, 08:36
Xəbəri paylaş



Xəbər lenti