Qobustanın başçı sarıdan bəxti gətirmir... - İTTİHAM

Qobustan rayon sakinlərinin İcra başçıları sarıdan bəxtləri heç gətirməyib.2005-2011-ci illərdə İsmayıl Vəliyevin, ondan sonra da bu günə kimi Adil Məmmədovun rəhbərlikləri dövründə bu rayon demək olar ki,talan edilib.Bu gün minlərlə rayon sakinləri məhkəmələrdə torpaq mübahisəsi aparır ki, bunların baiskarı əlbəttə adıçəkilən İcra başçılarıdır.Son aylarda İcra Hakimiyyəti orqanlarında baş verən məlum hadisələrdən sonra çox qanunsuzluqların üstü açılmaqdadır.O cümlədən İsmayıl Vəliyevin Qobustanda satdığı torpaqların sakinlərə qaytarılması burada bir çox qanunsuzluqların baş verdiyini üzə çıxardı.Bu səbəbdən rayonun İcra başçısı artıq çox narahatdır.
Aktualinfo.org-a bu barədə İcra başçısı Adil Məmmədova yaxın olan dairədən verilən məlumatlarda bildirilir.
Qeyd edilir ki,rayonu problemlər içində qoyan Adil Məmmədov tezliklə həbs olunma təhlükəsi ilə üzləşdiyindən təcili surətdə Qobustanın Ərəbqədim, Xilmilli, Poladlı, Cəmcəmli kəndlərində əldə etdiyi 10 min hektarlarla otlaq sahələri və əkinə yararlı torpaqlarının, mal-mülklərinin siyahısı saytlarda dərc edilməmiş satmağa başlayıb.Məlumatlara görə Adil Məmmədov əvvəlcə doğma Oğuz rayonunun ucqar dağ kəndindəki ata yurduna, təqib olunacağı təqdirdə isə gizli yollarla ölkədən Rusiya istiqamətində qaçmağı planlaşdırır.
Qeyd edək ki,Oğuzda və Qobustanda iri obyekt və torpaqlar sahibi olan İcra başçısının bu tələskənliyi və qorxusu səbəbsiz deyil. Çünki, icra başçı yaxın günlərdə vəzifəsi ilə vidalaşacağını yuxarıdakı himayədarları ona bildirmişlər.
1994-cu ildən İcra Hakimiyyəti sistemində işləyən,Oğuz,Qəbələ və Biləsuvar kimi rayonların İcra başçısı olmuş Adil Məmmədov sələfi, rüşvətxor İsmayıl Vəliyevin metodlarını Qobustan rayonunda davam etdirdiyini hər kəs bilir. Rayonun əsasən maldarlıq və qoyunçuluq təsərrüfatı sahələrinin böyük hissəsinə qanunsuz olaraq sahibləndiyini, 2012-ci ildən 2019-cu ilədək yerli kənd bələdiyyələrinin rayonun taxıl bitməyən yerlərində “ağ kağız” üzərində büğda əkini göstərməklə dövlətdən külli-miqdarda subsidiya alaraq mənimsəməsi faktlarının ortalığa çıxması onu bu gün vahimələndirmişdir. Sovetlər dönəmindən qalan fermaların “su qiyməti”nə özəlləşdirməsi nəticəsində sayı-hesabı bilinməyən xırda və iribuynuzlu heyvanları xüsusi əmlaka çevirmiş və bununla da Azərbaycanda ən imkanlı fermer-oliqarx olmuşdur.
Adil Məmmədov həm də kəndlərdəki yerli sakinlərə məxsus pay torpaqlarına da əl gəzdirib.O həm də vaxtıilə yerli sakinlərə verilmiş bələdiyyə torpaqlarını icarə adı altında, “qara kassası” hesab edilən Qobustan şəhər Bələdiyyəsinin sədri olan mini-oliqarx Vasif Novruzovun əli ilə sənədləri saxtalaşdırmaq, arxiv materiallarını qəsdən məhv etməklə yenidən kənar fiziki şəxslərə baha qiymətə satmaları yolu ilə oliqarx məmura çevrilmişdir. Adil Məmmədov istər əvvəllər işlədiyi Oğuz,Biləsuvar, istərsə də hazırda çalışdığı Qobustan rayonuna İcra başçısı təyin olunduğu vaxtdan mətbuatda ancaq neqativ əməlləri ilə gündəmə gəlib. Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür.
Mənbənin bildirdiyinə görə, A.Məmmədov bu günə qədər topladığı vəsaitin yarısını havadarlarına təhvil vermək şərti ilə mədəni formada,yəni sağlamlığı ilə əlaqədar yazıb hazırladığı istefa ərizəsini işə keçirib aradan çıxmağı planlaşdırsa da “yuxarıdakı himayədarlrı” bu məsələdə ona kömək edə bilməyəcəklərini bildirmişlər. DTX-nın İcra Hakimiyyətlərində keçirdiyi son əməliyyatlardan sonra başının üzərinə yaxınlaşan qara buludlardan yaxa qurtarması üçün A.Məmmədov hətta gecələr də səhərədək mal-mülkünü dəyər- dəyməzinə satması üçün real müştərilər axtarışındadır. Lakin bütün bunlara baxmayaraq onun rayonda lazımi işləri apara bilməməsi, yalnız öz şəxsi təsərrüfatlarının inkişaf etdirməsinə vaxt sərf etməsi onun Prezident Aparatı tərəfindən “qara siyahıya” düşməsinə əsas səbəb kimi göstərilir. Yaxın günlərdə həbs edilməsindən qurtulması üçün göstərdiyi çabalar isə hələlik nəticə verməmişdir.
Dünən polisin subsidiyaların mənimsənilməsi ilə bağlı keçirdiyi əməliyyatın detalları hələ heç kimə bəlli deyil. Amma Qobustan rayonunda da külli miqdarda dövlət vəsaitinin subsidiya şəklində mənimsənilməsi hallarına yol verildiyi şübhəsizdir. Hadislərin son gedişatı onu deməyə əsas verir ki, hazırkı vəziyyətdə Qobustan icra başçısı cənab Adil Məmmədovun gələcəyə ümidi yalnız Allaha qalmışdır.
Aktualinfo.org
Tarix: 10-07-2020, 14:19
-
Bu gün, 08:00
Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir? - İTTİHAM VAR...
-
Bu gün, 07:58
TƏBİB-in İcraçı direktorunun müavinlərindən biri Araz Nəsirov da getdi ...
-
Bu gün, 07:34
Naxçıvan Hava Limanının vəzifəli şəxslərinə cinayət işi açılıb
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”