DTX üçün Yardımlı dosyesi: əhalidən çağırış – VİDEO

 

DTX tərəfindən icra başçılarının həbs olunması cəmiyyətdə böyük razılıqla qarşılanır. Xatırladaq ki, bundan əvvəl Nevtçalada keçirilən əməliyyatdan bir neçə gün sonra Milli Məclisin yeni seçilən gənc deputatı Bəhruz Məhərrəmov facebook üzərindən canlı yayım edərək seçiciləri ilə birbaşa bağlantıda onların şikayətlərini dinləyərkən izləyicilərdən biri Biləsuvar rayonundakı ədalətsizlikdən danışmış və DTX-nın bu rayonda da əməliyyat keçirməsinə zərurət olduğunu bildirmişdi. Buna deputatın cavabı isə “DTX-nın bizim rayona gəlməsi mümkündür”-deyə olmuşdu. Biləsuvar əməliyyatının ardınca isə cumhiriyyet.az xatırladır ki, müstəqilliyimizin qurucularından biri – Sabir Rüstəmxanlı DTX-ya bir rayonu nişan verdi. Belə ki, deputat Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarını doğulduğu Yardımlı rayonuna dəvət edib: “Mən Yardımlıda doğulmuşam. Bunu çəkinmədən və tam məsuliyyətimlə deyirəm ki, Mahir Quliyevdən sonra növbəti həbs olunacaq məmur Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov olmalıdır. Çünki dövlət tərəfindən rayona və camaata ayrılan yardımlar icra başçısı tərəfindən mənimsənilir. Camaat üçün nəzərdə tutulan yardımların hamısını icra başçısı mənimsəyir”.
Millət vəkilinin bu şağırıçına rayon ictimaiyyətindən, hətta məmurlardan belə dəstək gəlib. Belə ki, cumhuriyyet.az-a müraciət edən Yatrımlı rayon icra nümayəndələrindən biri ilgimc faktlar açıqlayıb. Məlum səbəblərdən adının çəklməsini istəməyən kənd icra nüməyəndəsi bildirib ki, pandemiya ilə bağlı bagli imkansiz ailələrə Heydər Əliyev fondu tərərfindən göndərilən yardimlar ehtiyacı olan vətəndaşlara çatdırılmır: “ Bu yardımlar İcra Başçısı və Müavinləri – Başçının birinci müavini Azər Yüsüb oğlu Xamiyev, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev, başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Camaləddin qızı Mammədova,Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zakir Qaraxan oğlu İmanov tərəfindən tərdib edilmiş saxta siyahi əsasinda paylanır və əsl ehtiyaçı olan şəxslər bu ardımdan kənarda qalır”. İcra nümayəndəsinin sözlərinə görə yerlərdə bu yardımı təşkil etmək onlara tapşırılıb:” Rayon icra başçısının müavinləri yeylen yardimları ört bastdır etmək və narazilığın qarşəsıənə almaq məqsədi ilə 30 ərazi nümayəndəliyinə onların öz vəsaitləri hesabına ərazi üzrə 11 yardim paketi alib vətəndaşlara paylamağı tapşırıb. İcra başçısının müavinləri 1400 manat əmək haqqı və her rübdə mükafat alırlar. Bəs necə olur ki, 400 manat əmək haqqı alan ərazi icra nümayəndəsinə öz ərazisində 11ailəyə icra nümayəndəsinin öz vəsaiti hesabına yardım paylamaq tapşırılır? Axı bu yardımların bakıdan göndərildiyini bütün rayon bilir”.
Adının açıqlamasını istəməyən icra nümayəndəsi həmçinin rayonda imperator kimi ad çıxaran Mahir Mirzəyevin əməlləri ehtiva edən videokadrları da cumhuriyyet.az-a göndərib. Həmin kadrları olduğu kimi diqqətinizə çatdırırıq:


Tarix: 9-06-2020, 13:50
Xəbəri paylaş



Xəbər lenti