İcra başçısının oğlu “Land Gruiser”lə qaydanı pozdu, insident baş verdi - FOTO
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun oğlu bahalı avtomobillə qəza şəraiti yaradıb.
Sakinlərin verdiyi məlumata görə, başçının oğlu Orxan İsmayılov mayın 29-da idarə etdiyi Land Gruiser markalı 45 -- 710 dövlət nömrə nişanlı avtomobillə qaydaları pozaraq hərəkətin əksinə gedib.
O, avtomobillə icra hakimyəti tərəfdən hərəkətdə olarkən teatr binası istiqamətində dönüb. Həmin istiqamətə giriş qadağan olunduğundan bir ailənin haqlı narazılığına səbəb olub. Bu zaman O.İsmayılovla həmin şəxslər arasında insident yaşanıb.
Sakinlər deyir ki, baş verən hadisə müşahidə kameralarına düşüb.Criminal.az