Buna görə başçının başı ağrıya bilər... - FOTO, VİDEO


Buna görə başçının başı ağrıya bilər...
Cəlilabad rayonunun Təzəkənd kəndinin ərazisində torpaq bazarı açılıb.

AzToday.az-a daxil olan şikayətlərdə bildirilir ki, kəndin ərazisində bələdiyyəyə məxsus torpaqlar ekskavatorla qazılaraq satılır. Kənd sakinlərinin 1 ay müddətində davamlı şikayətlərinə baxmayaraq torpaqlar qazılaraq Bakıya daşınmaqdadır.

Müvafiq dövlət qurumlarının məsələdən xəbərdar olduğunu bildirən sakinlər Cəlilabad rayonunun icra başçısı Namiq Zeynalovu ittiham edirlər. Onların sözlərinə görə, icra başçısının yaxın adamı kimi rayonda tanınan Rafiq adlı şəxs merkantil maraqlarını təmin etmək üçün əkinə yararlı torpaqları qazaraq Bakıya daşıtdırır.

İcra Hakimiyyətinin də mövqeyini işıqlandırmağa hazırıq.

AzToday.az Təzəkənd kəndinin ərazisində torpaqların qazılıb satılması görüntülərini təqdim edir:



Buna görə başçının başı ağrıya bilər...
Buna görə başçının başı ağrıya bilər...
Buna görə başçının başı ağrıya bilər...
Buna görə başçının başı ağrıya bilər...
Buna görə başçının başı ağrıya bilər...
Buna görə başçının başı ağrıya bilər...


Tarix: 8-06-2020, 09:50
Xəbəri paylaş



Xəbər lenti