Başçının özü ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır - GORANBOYDA NƏLƏR OLUR?

           
Başçının özü ''lipa'' nömrəli avtomobildə gəzir, müavini isə, adam döyməklə ad çıxarır - GORANBOYDA NƏLƏR OLUR?
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin yarıtmaz idarəçilik fəaliyyəti haqqında son vaxtlar dərc etdiyimiz yazılar böyük oxucu marağına səbəb olduğundan, üstəlik, həmin yazılardan sonra da, onun bəd əməlləri barədə vaxtaşırı yeni-yeni xoşagəlməz məlumatlar aldığımızdan, mövzuya yenidən qayıtmaq məcburiyyətində qaldıq.

Ölkənin cəbhə bölgəsində yerləşən və tarix boyu Azərbaycanın azadlığı uğrunda döyüş meydançasına çevrilən bu strateji rayonuna, hərbi xidmətdə belə olmayan, üstəlik, düşmən ermənilərin qoltuğuna sığınan və Ermənistanda yaşayan vətən xaini Əlikram Hümbətovun yaxını kimi adı hallanan birisinin rəhbərlik etməsinin ən böyük yanlışlıqlardan biri kimi qələmə alınması, oxucu diqqətini daha çox cəlb edən narahatedici əsas məsələdir. Əlbəttə ki, bu barədə yenidən bir daha geniş yazıb, heç də oxucularımızı yormaq niyyətində deyilik. Sadəcə, prezidentin Goranboya təyin etdiyi səlahiyyətli nümayəndəsinin vəzifə səlahiyyətlərini aşmaqdan çəkinmədiyi barədə redaksiyamıza daxil olan məlumatlar bizi buna vadar edir.



Bəli, daşıdığı vəzifəsi müqabilində dövlət tərəfindən onun xidmətinə verilən “Toyota Avalon” markalı minik maşınına məxsus nömrə ilə bağlı, birbaşa, Məhərrəm Quliyevin özünün törətdiyi qanunsuzluqlar hələ də davam edir. Bir sözlə, dövlətin başçının xidmətinə verdiyi “Toyota Avalon” markalı minik avtomobilinə məxsus nömrə sənədlərdə qeyd olunsa da, təqdim etdiyimiz sənədin və avtomobilin fotolarından da aydın olur ki, Məhərrəm Quliyev qanunları kobud şəkildə pozur və həmin nömrəni başqa bir maşına taxır. Təqdim etdiyimiz ''texpasport''dan, ''radar'' bildirişindən və vətəndaşlarla görüşdəki şəkillərdən aydın görünür ki, icra başçısının da olduğu ərazidə saxlanmış 22-AA-001 qeydiyyat nömrəli avtomobil “Toyota Avalon” deyil, “BMW”-dir. Bu da onu söyləməyə əsas verir ki, başçı bu məsələdə belə əndazəsinə sığmayan hərəkət edir. İstər işə, istərsə də sakinlərlə görüşə gedib-gələrkən, nömrəsi saxtalaşdırılmış minik avtomobilindən istifadə edir. Bu, həm də onun sübutudur ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı belə qanunsuz addım atmaqla, “Ağa nəzərəm, belə gəzərəm!” prinsipli yanaşmasını ortaya qoymaqdan çəkinmir və bir növ, özünü, “şah titullu” toxunulmaz şəxs hesab edir. Fakt odur WhatsApp Image 2020-05-31 at 22.53.47.jpgki, bu şəxsin qorxub, ehtiyat etdiyi heç nə yoxdur. Hətta, o, ölkə başçısının tez-tez çıxışlarında etdiyi xəbərdarlıq və tapşırıqlara belə məhəl qoymaq istəmir.


Yeri gəlmişkən, onu da qeyd edək ki, Məhərrəm Quliyev özünü, ''post-klan'' hakimiyyəti dövründəki kimi, hansısa bir klanın etibarlı kadrlarından biri olması yöndə təbliğ etməkdən də çəkinmir. Elə, buna görə də, istədiyi səmtə addım atmaqdan çəkinmir. Ümidvarıq ki, qeyd etdiyimiz belə bir ciddi faktla bağlı, hüquq-mühafizə orqanları qeydiyyat nömrəsi 22-AA-001 olan ''BMW'' markalı minik avtomobili ətrafında lazımi araşdırmalarını təcili həyata keçirəcəklər.
Son vaxtlar Məhərrəm Quliyevin adı ətrafında dolaşan söz-söhbətlərdən biri də, bəzi sosial şəbəkələrdə Goranboy rayon sakini Arzu Vəli oğlu Verdiyevin, bu ilin may ayının 14-də İH başçısının qəbulunda olmaq istəyərkən, onun birinci müavini Ceyhun Həsənov tərəfindən şiddətə məruz qalaraq döyülməsi, sonra isə, pəncərədən aşağı atılması ilə bağlıdır. Ölkə rəhbərinin özü də hər dəfə çıxışlarında vurğulayıb ki, vəzifə sahibi olan şəxslər sadə sakinlərin problemləri ilə maraqlanmalı, onların qayğısına qalmalı, onların üz-üzə qaldıqları problemlərinin həllinə köməklik göstərməlidirlər. Ölkə rəhbəri tərəfindən belə bir tapşırıq verilsə də, Məhərrəm Quliyevin icra başçısı olduğu bu rayonda, şikayətçi pəncərədən atılır, sonra şərlənərək həbsə atılır. Yəni, bu rayonda kriminal ab-hava hökm sürməkdə davam edir.
Ölkə başçısı hər bir vəzifə sahibinə öz tapşırıqlarını verir. Nə yazıqlar ki, Goranboy Rayon İH başçısının birinci müavini sadə bir sakini “gedər-gəlməz dünyası”na yola salmaq istəyir, bundan sonra, özünü sudan duru çıxartmaq üçün, şikayətçiləri şərləyərək, onların həbsinə nail olur. Baş verənlərə Məhərrəm Quliyevin göz yummasına, eləcə də digər belə xoşagəlməzliklərə isə, Goranboy RİH Aparatında birinci müavin vəzifəsini daşıyan şəxsin daha çox oliqarx-məmur adı ilə tanınması, onun sayı-hesabı bilinməyən biznes obyektlərinin olması və digər bu kimi amillərin varlığı "yol açır".
Rayon icra başçısının və yaxını olan kadrların bənzərsiz qanunsuz hərəkətləri barədə əlimizdə faktlar çoxdur və bəzilərinin dəqiqləşdirilməsi üçün araşdırmalarımız davam edir. Odur ki, araz.az-ı izləməyi unutmayın. Bu məqamda, qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.
araz.az xəbər portalı.
Tarix: 2-06-2020, 09:26
Xəbəri paylaş



Xəbər lenti