"Saatlı rayon Mərkəzi Xəstəxanasında bizdən açıq-aşkar rüşvət istəyirlər" - ŞİKAYƏT

“Sənədləri göndərəndə qəsdən tam doldurmurlar, ona görə də Tibbi-Sosial Ekspert Komissiyası qəbul etmir, tam doldurulması üçün geri qaytarır. Və bu, uzun müddətdir ki, belə davam edir. Saatlı rayon Mərkəzi Xəstəxanasında bizdən açıq-aşkar rüşvət istəyirlər. Demir “gətir rüşvət ver”, deyir, “hörmət elə, şirinlik ver””…
DİA.AZ-ın məlumatına görə, Saatlı sakini 27 yaşlı Fəridə İsayeva danışır ki, 14 yaşından talassemiyadan əziyyət çəkir. Ancaq illərdir ki, əlillik dərəcəsinin təyin olunması üçün müraciət etsə də, əlillik dərəcəsi ala bilmir. Fəridə xanım bunu rüşvət verməməsi ilə əlaqələndirir.
“2 uşağım var, ailə vəziyyətimiz olduqca ağırdır, həyat yoldaşım bir neçə il əvvəl avtomobil qəzası keçirib, kəllə sümüyü 9 yerdən yarılıb, 1-ci qrup əlildir, cəmi 250 manat pensiya alır. Həyat yoldaşımın valideynləri ilə bir evdə qalırıq, onlar da ağır xəstədilər. Yoldaşımın pensiyası həm dolanışığımıza, həm də mənim dərmanlarıma xərclənir, heç çox vaxt öz dərmanlarını ala bilmir. Xəstəxana gah düzgün rəy yazmır, gah sənədi Komissiyaya yarımçıq göndərir, beləcə də vaxt gedir. Özüm xəstə, yoldaşım xəstə, iki azyaşlı uşaq, kasıbçılıq, qayğılar, bütün bunlara görə Bakıya şikayətə gedə bilmirik. Getsək belə, xeyri olmur. Bu yaxınlarda yoldaşım Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getdi, ordan da “gedin, xəstəxana sənədləri göndərsin, baxaq”, – deyib, yola saldılar. Xəstəxana da dediyim kimi, sənədləri eyni qaydada – natamam yazıb göndərir. Nazirlik həmin sənədlərə əsaslanıb əlillik dərəcəsi təyin edə bilmir”, – şikayətçi danışır.
Fəridə xanım deyir, adamlar əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxanaya 500, 100 manat rüşvət verib rəy alırlar: “Həkimlər deyir, ayda əlillik dərəcəsi təyin edilməsi üçün rüşvətlə 23-25 adama rəy verilir. Deyirlər, gərək yuxarıdan da tapşırıq ola ki, bu rəylər verilə… Hər ay Bakıya gedirəm, Qanköçürmə İnstitutunda mənə qan köçürülür. Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun epiqrizində də xəstəliyim barədə ətraflı məlumat qeyd olunub. Talassemiya sağalmaz qan xəstəliyidir. Bu xəstəliyə tutulan adama ömrünün sonunadək qan vurulur. Həkimlər deyir, əlillik dərəcəsinin təyin olunması bu xəstəliyin təsiri altına düşür, buna görə mənə 2-ci qrup əlillik təyin olunmalı, xəstəliyə görə ömürlük müavinət verilməlidir. Hazırda bu müavinətin məbləği 130 manatdır. Versələr, dərmanlarımı özüm alaram, yoldaşım da pensiyası ilə öz dərmanlarını alar, hər dəfə dərmanlarına görə pul axtarmaz. Pensiyası mənim dərmanlarıma xərclənir deyə, özü bəzən aylarla dərmanlarını alıb qəbul edə bilmir, vəziyyəti ağırlaşır. Adamın kəlləsində 9 yerdən sınıq var, dərmanlarını vaxtında qəbul etməlidir ki, həyatda qalsın”.


Tarix: 1-06-2020, 14:33
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
-
8-06-2026, 10:39
Ukrayna müharibəni rusların evlərinə gətirib - CNN
-
8-06-2026, 09:11
AZAL-ın göylə “uçan” qiyməti,yerlə “sürünən” xidməti…
-
8-06-2026, 09:06
NÖVBƏTİ İXTİSAR DALĞASI ANONSU: Durun, cənablar... - NHMT sədri ÇAĞIRIŞ ETDİ