Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun “Gülüstan” yaylaq zonasında olub, burada köç etmiş heyvandarlııq təsərrüfatlarına baş çəkib və onların problemləri ilə maraqlanıb.
Modern.az xəbər verir ki, Laçın rayonundan məcburi köçkün ailəsinin təsərrüfatına baş çəkən İcra başçısı heyvanlara vaxtında zəruri baytarlıq xidmətinin göstərilməsi, o cümlədən vaksinasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı söhbətlər aparıb.
Hit.Az-ın verdiyi xəbərə görə, icra başçısı M.Quliyevin görüşündən diqqət çəkən məqam onun karantin dönəmində təhlükəsizliyə əməl etməyərək, çobanlarla görüşə maska taxmadan getməsi olub.