Oğuz rayon sakini,vaxtı ilə meşəbəyi işləmiş Xalid Seyidovun Qəbələ, Oğuz meşələrində yaşıllıqların kütləvi şəkildə məhv edilməsinin qarşısının alınması ilə bağlı müxtəlif instansiyalara etdiyi çoxsaylı şikayətlərə görə ölümlə təhdid olunub.Bu barədə vətəndaş Aktualinfo.org-un elektron poçtuna ünvanladığı müraciətdə məlumat verir. Ona görə də ölkə başçısı İlham Əliyevdən və Daxili İşlər Naziri Vilayət Eyvazovdan özünün və aıləsinin təhlükəsizliyinə təminat istəyir.O yazır:
Bir daha xatırlamaq istərdim ki, mən, Seyidov Xalid Tofiq oğlu doğma Oğuz rayonunda uzun müddət meşəbəyi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə xalqımızın sərvəti olan meşədəki bütün ağacların qorunub saxlanması üçün əlimdən gələni etmişəm. Lakin Vətənə sədaqətli xidmətin kimlərinsə xoşuna gəlmədi. Daha doğrusu, konkret olaraq yuxarılara “HAQQ” vermədiyimə görə məni əsassız olaraq işdən çıxardılar və məhkəməyə verdilər. 10 ay məni məhkəmə yollarında süründürsələr də, heç bir dəlil və sübutları olmadığına görə iddialarını geri götürdülər. İşdən çıxarılma səbəbim bu idi ki, mən vicdanıma sığışdıra bilməmişdim ki, Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə şikayət etmişdim. Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki. bir dənə də olsun sağlam, yararlı. gözə xoş ağac qalmayıb ( təbii ki, yol kənarlarını nəzərə almasaq) Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara , DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. Və sonda Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi səyyar qəbullarında oldum. Vəziyyəti əlimdəki sübutlarla ona izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər, xahiş edirəm tədbir görün. O isə qarşılığında heç formal da olsa cavab vermədi Və yaxşı ki,DİN-nin BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar.Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. Budur, İlqar Qəribovun dəstəsinin əksəriyyəti həbs edilsə də, məsuliyyətdən nüfuzlu qardaşlarının hesabına kənarda qalan meşəbəyi Məmmədov Valeh Yaqub oğlu qoruduğu meşələrə qanim kəsilib, onu hər gün məhv etməklə məşğuldur. Və bu şəxsi də himayə edən həbs edilmiş İ.Qəribovun yerinə təyin olunmuş və çox təəssüfki, reallıqda cəmi 4 sinif savadı olmayan Alim adlı birisidir. Doğrudur, onun vəzifəyə təyin olunmasının 20 günü ərzində meşələrdən yenə 400 aöcın kəsilərək məhv edilməsindən verdiyim şikayətə isə “getsinlər nə qədər istəyirlər şikayət etsinlər, 400 ağac nədir ki. ondan ötürü mən nəsə deyim”. Yəni təzə müdir çox arxayınlıqla danışmağında davam edir. Görün bu adamı ETSN-dən nə qədər arxayın ediblər ki, kresloya oturar, oturmaz meşələrin dağıdılmasına birbaşa göstəriş verib.
Mayın 20-də ETSN-in Oğuz Qəbələ Regional Ekologiya Depertamentin direktor müavini Mehman müəllimlə birlikdə Oğuzun Tayıflı kəndində meşələrdən yaş (təzə) kəsilmiş və küstar üsulla bastırılan kömür quyularını göstərdim faktiki olaraq. Məlum oldu ki, həmin kömür quyularının bir neçəsi elə meşə gözətçisi işləyən Şirinov Tapdığın oğluna məxsusdur. Həmin Tapdığın oğlu məni ETSN Depertament direktorunun müavini Mehman müəllimin və region direktoru Alimin yanındaca təhqir etdi və ölümlə hədələməyə başladı.Ancaq ETSN hər iki vəzifəli şəxslərinin heç biri bir kəlmə də olsun bir vətəndaş olaraq münasibət bildirmədi.Mən də polisə müraciət etdim. Bu gün 21 may səhər isə məni ölümlə hədləyən oğlanın dədəsi Tapdıq yanıma gəldi və dedi ki, depertament müavini elə biz kömür quyularının yanından aralanan kimi, Alim, yəni direktor mənim oğlumu çağıraraq dedi ki, bütün bu işləri- şikayətlərin hamısını edən atanın dostu, yəni mənəm ( Xalid Seyidov).Gedin onun cavabını verin ki, qoy bu işlərdən, şikayətlərdən əl çıksin!”
Bax indi mənə bu gün bəzi məqamlar qaranlıq qalıb. ETSN bu Aləmi meşələri qorumağa vəzifəyə təyin edib, yoxsa təxribat yaratmağa?.
Ümid edirəm ki, Oğuz –Qəbələ meşələrinin qəsdinə dayanmış əvvəlki Regional İdarənin direktoru İlqar Qəribovun və dəstəsi DİN Baş Cinayətkarlığa Qarşı mübarizə İdarəsi tərəfindən ifşa olunaraq həbsə atsalar da, onların tör töküntüləri olan mehmanlar, alimlər qəribovlara rəhmət oxutdururlar.Və hətta məni sifarişlə, ölümlə hədlətdirirlər ki, şikayət verməyim. Nazirlik isə həmişə olduğu kimi passiv tamaşaçı mövqeyi sərgiləyir. Ona görə də Sizlərdən xahiş edirəm ki, mənim və ailəmin təhlükəsizliyinin təmin olunması və sifarişçilər barəsində qanuni tədbir görülməsi üçün lazımi göstərişlər verəsiniz.
Aktualinfo.org