Samux camaatı acından ölür, başçının oğlu isə xaricdə çox milyonluq biznes işlədir -ŞOK VİDEOLAR

 

ŞOK VİDEOLAR

Samuxdan oğurlanmış pulları Türkiyədə xərcləyən “prokuror”
Qocayev Alı İbrahim oğlu 2005-2012-ci illərdə isə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. 18 aprel 2012-ci il tarixdən Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Buradan Samuxlulara “8 illik icra başçınızdan razısınızmı” sualını verərdik, amma bizi daş-qalaq edəcəklərindən qorxub, fikrimizdən vaz keçirik. Samux camaatı öz pulunu Alı Qocayevin dirnaqarası “prokuror” oğlunun xaricdə bizneslərində, mülklərində, bahalı maşın kolleksiyasında axtara bilər. Başçının oğlu Mehman Qocayevin prokurorluq orqanlarında anekdotik karyerasını ictimayiyyətdə böyük müzakirə predmetinə çevrilib. Adam Türkiyədə və diqər ölkələrdə rəsmi bizneslə məşquldur! Özüdə ciddi, çox milyonluq bizneslə… Samux camaatın pulu bax belə xərclənir…

İcra başçının dosyesini açıb baxıb görürük ki, xalq Qocayevin əlindən niyə bu qədər qəzəblidir axı? Demə, onun əlindən qəzəbli olan təkcə xalq deyil, həm də yuxarılar imiş. Adam Binəqədidə icra başçısı olduğu müddətdə əlinə düşəni yeyib dağıdıb. Tamahı limit bilmirdi. Yeri gəlmişkən, o zaman SOCAR-ın prezidenti Rövnəq Abdullayev də Alı Qocayevi ARDNŞ-ə məxsus əraziləri vətəndaşlara satmaqda ittiham etmişdi.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli onun Seyidlər kəndindəki üzüm emalı zavodunu özəlləşdirdiyini yazıb. Araşdırmalardan o da məlum olur ki, fəaliyyəti dövründə Alı Qocayev insanları ən çox narazı salan icra başçılarından olub. Onun rayonun Əhmədbəyli kənd sakini, 2 ildən yığılıb qalmış işıq pulunu ödəyə bilməyən və bunu görə elektrik xətti kəsilən veteran qızı Səlfinaz Bayramovaya “ödəyə bilmirsən, öl” deməsi uzun zaman mətbuatın gündəmi olmuşdu. İnsanlar islahata bilirsiniz nə vaxt inanacaqlar? Ölkəni belə harın, səviyyəsiz məmurlardan təmizlədiyiniz zaman. O isə, yəqin ki, bu sistemdə heç vaxt baş verməyəcək.

Prokurorluğun etibarına zərbə
Onun oğlu Mehman Qocayevin Türkiyə ilə heç bir biznes əlaqəsi olmamalıdır, əslində. İstehza doğuran məqam odur ki, Mehman Qocayev Azərbaycanda yüksək vəzifə tutur, o indi Bakı şəhər Prokurorunun müavinidir! Lap ənənəvi lətəfiyə bənzəyir: Bakı şəhər prokurorunun müavini Türkiyədə otel alır, Avropada mülkə sahibidir. Bəlkə artıq onu Antaliya şəhərinə prokuror vəzifəsinə işə də göndərə bilərik?
Qocayevlərə görə Azərbaycanda prokurorluğun ali orqan deyil, banan orqanı kimi tanınır… Bir prokurorluq işçisinin Türkiyədə bir neçə milyon avro dəyərində əmlaka sahib olması isə hətta “qürurlu” da görünə bilər. Həm də elə həmin prokuror ki, o, hər zaman həmkarlarını bahalı avtomobillər kolleksiyası ilə heyrətləndirib. Formula 1-dən ilhamlanan icra başçısının oğlu Mehman Qocayev çox bahalı, yüksək sürətli avtomobillərə meyllidir. Onu, adətən, 12 mühərrikli 200 000 avro(AUDI A8L WW12) dəyərində bir idman maşını ilə gəzən görürlər.

Ola bilərmi ki, bəlli ideologiyaya olan simpatiyasına görə, həmkarları işdə Samux başçısının oğlu Mehman Qocayevi “SS” adlandırırlar. Ona məxsus 10-SS-500 nömrəli avtomobil tez-tez Prokurorluğun maşın parkında görünür. Diqqət çəkən bir məqam da “türkiyəli iş adamı” və prokuror Mehman Qocayevin zamanında keçmiş Milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun ailə üzvləri arasında tez-tez görünməsi faktıdır. Prokuror Mahmudovun dəbdəbəli məclislərinə işdən daha çox vaxt keçirirdi. Bu yaxınlarda Qocayevlər haqda yeni materiallar ictimayyətə təqdim olunacaq. Nəhayyət ki Samux camaatı bütün həqiqətləri biləcək.

azadliq.info


Tarix: 13-05-2020, 11:49
Xəbəri paylaş



Xəbər lenti