Oğuzda meşələr məhv edilir, amma nazirlik susur- ŞİKAYƏT

Oğuzda meşələr məhv edilir, amma nazirlik susur- ŞİKAYƏT


Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab V. Eyvazova,

Azərbaycan Respublikasının Ekologiya naziri cənab M. Babayevə,                

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisinə,

Dövlət Təhlükəsizlik Xidməti rəisi cənab Əli Nağıyevə,

Oğuz rayon İcra Hakimiyyətinin başçısı cənab E.Qurbanova,

DİN-nin BMCQMİ-nin rəisi cənab Ə.Rzayevə,     

Oğuz rayon prokuroruna,

Oguz Rayon Polis Şöbəsinin rəisinə,      

Ombudsman Aparatının rəhbərinə,                  

Mətbuat orqanlarına

Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu tərəfindən

“Oğuz meşələrinin yeni təyin olunmuş direktor tərəfindən son günlər ağacların kütləvi qırılmasının dərhal qarşısının  alınmasıilə” bağlı

                                                  Ş İ K A Y Ə T  

     Çoxhörmətli cənab Prezident İlham Əliyev!Bir daha xatırlamaq istərdim ki, mən, Seyidov Xalid Tofiq oğlu doğma Oğuz rayonunda uzun müddət meşəbəyi vəzifəsində işləmişəm. İşlədiyim müddətdə xalqımızın sərvəti olan meşədəki bütün ağacların qorunub saxlanması üçün əlimdən gələni etmişəm. Lakin Vətənə sədaqətli xidmətin kimlərinsə xoşuna gəlmədi. Daha doğrusu, konkret olaraq  yuxarılara “HAQQ” vermədiyimə görə məni əsassız olaraq işdən çıxardılar və məhkəməyə verdilər. 10 ay məni məhkəmə yollarında süründürsələr də, heç bir dəlil və sübutları olmadığına görə iddialarını geri götürdülər. İşdən çıxarılma səbəbim bu idi ki, mən vicdanıma sığışdıra bilməmişdim ki, Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə şikayət etmişdim. Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə demək olar ki. bir dənə də olsun sağlam, yaralı. Gözə xoş ağac qalmayıb( təbii ki, yol kənarlarını nəzərə almasaq) Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara , DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. Və sonda Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevin İsmayıllıda və Ağsuda keçirdiyi rəsmi səyyar qəbullarında oldum. Vəziyyəti əlimdəki sübutlarla ona izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər, xahiş edirəm tədbir görün. O isə qarşılığında heç formal da olsa cavab vermədi.  Bu qəbullardan sonra Daxili İşlər nazirliyinin Baş mütəşəkkil cinayətkarlıqla mübarizə İdarəsinə əlimdəki faktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. Başa sala bildim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək  Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında direktor İlqar Qəribovu, baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar. Xatırlatmaq yerinə düşərdi ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatına yeni təyin olunmuş İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı depertamenti direktoru Ağaqardaş Qafarovla qohumdurlar(kirvədirlər)Onların şərikləri və himayədarları isə ETSN- in nazir müavini Firdövsi Əliyevdir. Budur, İlqar Qəribovun dəstəsinin əksəriyyəti həbs edilsə də, məsuliyyətdən nüfuzlu qardaşlarının hesabına kənarda  qalan meşəbəyi Məmmədov Valeh Yaqub oğlu qoruduğu meşələrə qanim kəsilib, onu hər gün məhv etməklə məşğuldur.  

Doğrudur, onu bir neçə dəfə törətdiyi özbaşnalıqlara görə işdən qovsalar da vəzifədə olan qardaşlarının (biri Şahdağ Dövlət Qoruğunun rəhbəridir, digəri Notariusda sədrlik edir.)köməkliyi sayəsində hər dəfə məsuliyyətdən qurtula və öz işini- konkret olaraq hər həftə 5-600 kub m. ağac qırıntısı kəsdirib yük avtomobillərilə satışını təşkil etməkdədir. Bu adam hətta karantin dövründə öz bazarını dayandırmır. (onun meşəsinin necə məhv edilməsini əks etdirən  26 ədəd fotoşəkillər əlavə olunur) Respublikada heç kim ona söz deyə bilmədiyinə görə, Valeh də bir meşəbəyi kimi meşə ağaclarını öz dədəsinin malı kimi satmağında davam edir. Düzdür, bizim 23 aprel şikayətimizdən dərhal sonra onun “Şahdağ”Dövlət Qoruğunun müdiri işləyən qardaşı aprelin 26-da öz müavinin göndərərək bəyan etdi ki, “biz heç kimdən qorxmuruq, kim nə istəyir yazsın.” Yəni,açması budur ki, heç kim bizim meşə bazarımıza söz deyə bilməz!

Son müraciətimdən sonra ETSN-nin 6 və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin  komissiyası bir neçə meşə dolağında apardığı yoxlama zamanı  baş verən kütləvi məhvetməni gördülər. Lakin onlar çox az ərazini əhatə edən sahəyə – yalnız hər meşə dolayından cəmi 1 kvartala baxış keçirməklə kifayətləndilər. Halbuki, hər meşə dolayı 8-10 kvartaldan ibarətdir.

Həbs edilən İlqar Qəribovun yerinə yeni təyin olunmuş Alim adlı müdir işə başlasa da son günlər də xeyli sayda ağaclar kəsilib satışa çıxarılıb. Yeni direktorun köhnədən qalma hüquqşunası Xudiyev Araz isə bütün cinayətləri ört basdır edilməsi üçün komissiyanın Oğuz rayonun Mollalı kəndində apardığı yoxlamaya maneçilik törətmək üçün gəlib hay-küy salmışdır. Görəsən, bu zamana qədər meşələrin kütləvi məhv edilməsinə göz yuman hüquqşünas niyə indi də komissiyanın fəaliyyətinə mane olmağa çalışır?

     Cənab Prezident, və hörmətli xanım Mehriban Əliyeva! Siz tez tez Azərbaycanın müxtəlif aərazilərində olarkən ağacəkmə kampaniyasında şəxsən iştirak edirsiniz. Ancaq ETSN Oğuz-Qəbələ Meşə Təsəsrrüfatı İdarəsinə yenicə müdir vəzifəsinə təyin edilən müdiri də sələfi Qəribovun yolunu davam edərək işlədiyi 20 gün ərzində 400 yeni ağacın kəsilməsinə şərait yaratmışdır. Elə kimissiya da bunu aşkarladı. Müdir isə deyir ki. bu 400 ağac kiçik diametrlidir, ondan ötrü kim mənə nə deyəcək? Təzə müdir anlamır ki, bu aöaclar sabahın böyük ağacları ola bilərdi. Əgər 20 gündə meşələrimizdə 400 ağac kəsilirsə. Onda 2 ildə nə qədər ağac məhv ediləcək?

 Hamınızdan xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadın edilməsi faktlarının yerində araşdırılmasına və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz.

 

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Elman Elman Nigaran Nigaran adlı şəxsin şəkli.

Tarix: 12-05-2020, 09:41
Xəbəri paylaş



Xəbər lenti