Sahibkarlar məcburi icra hakimiyyətinə çağrılır - Masallının başçısı hələ də köhnə təəkkürdədir...


 Masallıda sahibkarlar məcburi şəkildə icra hakimiyyətinə dəvət edilir.

Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, bu gün səhər saatlarında Masallı rayonundan bir qrup sahibkar icra başçısının və digər məmurların özbaşınalıqları barədə redaksiyamıza məktub ünvanlayıb. Vətəndaşların şikayəti əsasında “Masallıda narazılıqlar artır: icra başçısı karantin rejimindən istifadə edir” başlıqlı məqalə hazırlanaraq sosial şəbəkədə yayımlanıb.

Əldə etdiyimiz son məlumatlara görə, məqalədə Masallı RİH başçısı Şahin Məmmədov sərt tənqid olunduğuna görə, sahibkarlara təklif edilir ki, onlar qrup şəkilində dosye.org saytına məktub ilə müraciət etsinlər və yayımlanan məqalənin həqiqətə uyğun olmadığını bildirsinlər.

Etiraf edək ki, bu cür hallar kifayət qədər qeydə alınır və eyni zamanda sahibkarların qarşısına şərt qoyulur. Əgər sahibkarlar qarşıya qoyulan şərtlərə əməl etməsələr gələcəkdə onları olduqca ciddi problemlər qarşılaya bilər. Dosye.org olaraq bildiririk ki, son hadisələrdən bəzi icra başçıları nəticə çıxartmaq əvəzinə daha da vətəndaşlara qənim kəsilir. Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Biləsuvar rayonunda keçirtdiyi əməliyyatın nə qədər önəmli olduğunu söyləmək sözün həqiqi mənasında alqışa layiqdir. Belə bir əməliyyatların digər rayonlarda davam edəcəyi istisna edilmir. Araşdırmalarımız davam edir.  
http://www.dia.az/8/246853-sahibkarlar-mecburi-icra-hakimiyyetine-chagrilir.html
Tarix: 1-05-2020, 20:37
Xəbəri paylaş



Xəbər lenti