Tovuzda sahibkarlar “qan ağlayır”, iki nazirlik susur - NARAZILIQ...

Pandemiyadan zərər çəkən sahibkarların heç də hamısı dövlətdən kompensasiya ala bilməyib. Reportyor.info-ya dərdini danışan Tovuzun Aşağı Quşçu kənd sakini, sahibkar Firuz Məmmədov İmanoğlunun sözlərinə görə, onun soyuducu anbar kompleksi var. Sahibkar bildirir ki, soyuducu anbar kompleksində onunla yanaşı digər fermerlərin üzümü qalıb. Martda satışını nəzərdə tutan fermerlər pandemiyaya görə məhsullarını sata bilməyiblər. F.Məmmədov bildirir ki, onların məqsədi əllərində qalan tonlarla üzümü dəyər-dəyməz qiymətinə də olsa satıb növbəti əkin-becərməyə hazırlaşmaqdır. “Biz böyük məbləğdə ziyan eləmişik. Bazarlar işləmir, martda hər yer bağlandı, üzüm soyuducu anbarında qaldı. Üzümün mayası 1,20 manatdır. Biz 60 qəpikdən də satmağa razıyıq. Halbuki, 1, 40 manatdan satışını nəzərdə tutmuşduq”.
Sahibkarlar qeyd edirlər ki, İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və prezidentə kompensasiya üçün müraciət ediblər: “Ancaq bizə heç nə deyilməyib. Biz satış edə bilmiriksə, bağları necə becərək? Təzədən bir məhsul üçün 5 il gözləməliyik”. Sahibkarların sözlərinə görə, ümumilikdə fermerlərin əlində 350 ton üzüm qalıb: “Bircə Kənd Təsərrüfatı Nazirliyindən və Aqrar Tədarükdən zəng olunub. Biz də ideya vermişik ki, heç olmasa lisenziya alaq, spirt kimi çəkib sataq”. Sahibkarların hər birinə azı 10-15 min manat ziyan dəyib. Onlara işləyən hər soyuducuya görə azı 300-700 manat arası işıq pulu gəlir. Fermerlər dövlətdən, prezidentdən və hər iki nazirlikdən kömək gözləyir.



Tarix: 27-04-2020, 10:33
-
Dünən, 23:22
ADY yerdə əlavə vaqon qoşur, qiymətlərsə “göylə gedir”
-
Dünən, 23:18
Rayon rəhbəri Bəyimsarov kəndində Birinci dərəcəli “Əmək” ordenli Fazil Vəliyevin pambıq tarlalarına baxış keçirib
-
Dünən, 23:11
“Xalqı dövlətə qarşı qaldırır” - Sahib Məmmədovdan Prezidentə ŞİKAYƏT
-
Dünən, 23:10
Macarıstanda deputat maaşı azaldıldı – Azərbaycanda da mümkündür?
-
Dünən, 23:08
İcra başçısı şəhid atası Kamil İsmayılovu 60 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 23:04
Faizsiz kredit, yoxsa yeni borclanma? - Məcnun Məmmədovun planı nədir?
-
Dünən, 23:01
İcra başçılarının PULU kəsilir: Nazirdən ANONS - GƏLİŞMƏ
-
Dünən, 22:57
Məhkəmə Qərarını Saymayan Mil-Muğan Regional Təhsil İdarəsi Kimin Maraqlarını Qoruyur? – İmişlidə Direktor Özbaşınalığı və regional rəhbərliyin "Haqq" Məntiqi!
-
Dünən, 13:37
“Dünyagöz”ün baş həkiminə cinayət işi açıldı
-
Dünən, 13:33
AYNA üçün vacib olanı qazancdır...
-
Dünən, 13:01
İcra başçısı şəhid anası Pərvanə Əhmədovanı 55 illik yubileyi münasibəti ilə təbrik edib
-
Dünən, 12:47
Gəncədə zibilə ayrılan milyon... - TƏFƏRRÜAT
-
Dünən, 12:44
“Kontakt Home”da fantastik cərimə skandalı - Məhkəmə özbaşınalığı durdurdu
-
9-06-2026, 22:02
Ankara hesablayır, Bakı əsəbiləşir: Paşinyan niyə problemə çevrildi?
-
9-06-2026, 21:54
Ekspert rəyi, yoxsa sifarişli narrativ? - BBC-nin görünməyən tərəfləri
-
9-06-2026, 21:46
74 gündür evlərə nə girə bilirlər, nə də çıxa - "Kömək etmək istəyəni də qoymurlar" - VİDEO
-
9-06-2026, 21:44
QHT-lərə Dövlət Dəstəyi Agentliyində gözlənilməz ayrılıq - iki layihə meneceri vəzifədən gedib
-
9-06-2026, 14:06
CHP qurultay qərarı verdi – Kılıçdaroğlu geri çəkildi, tarix açıqladı
-
9-06-2026, 13:53
Masazır kəndində ANTİSANİTAR VƏZİYYƏT: “Çirkab sular açıq şəkildə əraziyə axır”
-
9-06-2026, 11:05
Seçki sonrası şok: Ermənistanı siyasi partlayış gözləyir - İNCƏLƏMƏ
-
9-06-2026, 10:12
AAYDA bizi Tanrının ümidinə qoyub - Səxavət Məmməd yazır
-
9-06-2026, 10:08
Qırmızıda keçdi, irad bildirən sürücünün də maşınını vurdu - Video
-
9-06-2026, 09:58
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı "Frutti Agro" MMC-nin intensiv meyvə bağları və müasir suvarma infrastrukturu ilə tanış olub
-
8-06-2026, 23:15
“Çağırışçıların tibbi prosedurları niyə tam şəkildə sığorta hesabına qarşılanmır?”
-
8-06-2026, 21:16
ADY rəhbərliyi keçmiş əməkdaşının Feysbukda yazdığı şikayəti sildirdi
-
8-06-2026, 21:06
Adının “Kəmaləddin” yazılmasına etiraz edir, yazmağı isə... - Deputat Qafarovla bağlı İDDİALAR
-
8-06-2026, 20:57
BDU-da TƏHSİL HAQQI 7600 MANAT OLDU – “Mühazirələr kosmosdan yayımlanacaq?”
-
8-06-2026, 10:39
Ukrayna müharibəni rusların evlərinə gətirib - CNN
-
8-06-2026, 09:11
AZAL-ın göylə “uçan” qiyməti,yerlə “sürünən” xidməti…
-
8-06-2026, 09:06
NÖVBƏTİ İXTİSAR DALĞASI ANONSU: Durun, cənablar... - NHMT sədri ÇAĞIRIŞ ETDİ