Səhiyyə nazirinin "Vaqif" firması iləmaxinasiyasına niyə göz yumulur?
Beyləqan rayonunda abadlıq-quruculuq işlərini həyata keçirən “Vaqif” firmasının rəhbəri Qəhrəman Qəhrəmanovla bağlı elektron poçtumuza xeyli korrupsiya məlumatları daxil olub. Beyləqandan saytımıza ünvanlanmış məlumatların bəzilərini oxucularımıza təqdim edirik.
Səhiyyə Nazirliyinin Əsaslı Tikinti İdarəsinin “tender kralı”, eləcə də nazir Oqtay Şirəliyevin yaxın adamı kimi tanınan “Vaqif firması” MMC-nin sahibi, Beyləqan rayonunda mal bazarının müdiri, əhalinin verdiyi xəbərlərə görə, rayonda icra başçısının rüşvət yığanı, vəzifə satanı, tikinti maxinatoru kimi tanınan Qəhraman Qəhramanovdur. Kimdir bu Qəhraman Qəhramanov? O, necə tikinti maxinatoru, iş adamı olub?
Adam bu imkanı qazanmaq üçün heç bir əziyyət çəkməyib, daim oğurluq, haram qazancla iş adamı olub. Sadəcə, qohumluq zəminində səhiyyə naziri Oqtay Şirəliyevin tikinti maxinatoruna çevirilib. Bizə gələn xəbərlərə görə, Qəhramanov Qəhramanovun səhiyyə naziri Oqtay Şirəliyevlə yaxın münasibət qurması onu “iş adamına”, "tikinti maxinatoruna" çevirib. O. Şirəliyev onu qanadı altına çəkib, Nazirliyin Əsaslı Tikinti İdarəsində rəhbər vəzifə verib.
Qısa müddətdə Qəhraman Qəhramanova məxsus olan 20 manat nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş “Vaqif” firması MMC Səhiyyə Nazirliyinin keçirdiyi bir neçə milyonluq tenderlərin “qalibi” olub.
Sirr deyil ki, səhiyyə sistemində əsas korrupsiya mənbələrindən biri də əsaslı tikinti və təmir sahəsidir. “Vaqif” firması illərdir Səhiyyə Nazirliyinin xəstəxanalarını, klinikalarını tikir, təmir edir. Bu yolla dövlətin milyon manatlarla vəsaitinin bir hissəsini təmir - tikinti adı altında rahat mənimsəyib.
Gəlin, “Vaqif” firmasının 2013-2016-cı illərdə Tenderdə "qalib gəlib", gördüyü işləri və bu işlər üçün ayrılan pulları nəzərdən keçirək:
2019-cu ilin fevral ayının 13-də Prezident İlham Əliyev Beyləqana səfər etdi və geri qayıdandan sonra rayonun abadlaşdırılması üçün 1 milyon manat vəsait ayırdı. Rayonda quruculuq işləri üçün nəzərdə tutulmuş 1 milyon manat vəsait icra başçısının müavini Məhəmməd Qələndərovun rəhbərliyi ilə keçirilmiş saxta tender nəticəsində Qəhrəman Qəhrəmanova məxsus olan "Vaqif" firması qalib elan edilib.
Bundan əlavə, Qəhrəman Qəhrəmanov rayonda işləyən icra başçılarının rüşvət yığan adamı kimi fəaliyyət göstərir. Rayonda rüşvətlə satılan vəzifələrin, torpağın və digər obyektlərin pulunu toplayır. O, rüşvət və korrupsiya ilə əldə etdiyi milyonlar hesabına Bakıda və rayonda bir neçə şəxsi mülklərə, obyektlərə sahibdir.
Rayon əhalisi xəbər verir ki, Q. Qəhrəmanov belə şəxsi mülklərindən birini də hazırkı icra başçısı Asif Ağayevə bağışlayıb. Beyləqan bazarının ətrafında bir neçə ticarət obyekti var. Hər həftə mal bazarından və bazar ətrafındakı obyektlərdən 5 - 7 min manat pul qazanır və qazandığı pulun hesabatlarını gizlədərək, dövlətə vergi ödəməkdən yayınır.
Qəhrəmanovun gəlir mənbələrindən biri də dövlət fondu torpaqlarından saxta sənədlə 300 hektar sahəni mənimsəməsi və əldə etdiyi həmin ərazidə bir neçə min baş xırda buynuzlu qoyun sürüləri saxlaması və əldə etdiyi gəlirdən dövlətə vergi ödəməməsidir.
Qəhrəman Qəhrəmanovun gəlir "imperiyası"nda qohum - qardaşlarının, bütün yaxın adamlarınn adlarına da xeyli qanunsuz torpaq sahəsi alaraq, həmin torpaqlardan da otlaq-örüş kimi istifadə etməsi faktı var. Fermalarda çalışan çobanların verdiyi məlumata görə, Qəhrəman Qəhrəmanov səhiyyə naziri Oqtay Şirəliyevə məxsus olan qoyun sürülərini də rüşvət hesabına zəbt etdiyi dövlət fondu ərazilərində saxlatdırır.
Hər il 2-3 min quzu əldə edir, hər birini 200 - 250 manatdan alverçilərə satır və bir neçə yüz min manat əldə edir. Şahidlərin deməsinə görə, müxtəlif qohumlarının adına aldığı min hektardan çox otlaq sahəsinin hər hektarı üçün icra başçısının sabiq müavini Məhəmməd Qələndərova 150 manat rüşvət verdiyinə görə, onun qanunsuz hərəkətlərinə göz yumulur.
Hazırda Beyləqan rayonunda abadlaşma prosesi pul vəsaitinin çatışmazlığı üzündən dayanıb. Qəhraman Qəhramanov daha nə işlərlə məşğuldur? Deyilənlərə görə, onun rayonda məşğul olmadığı maxinasiya, rüşvətxorluq əməlləri yoxdur. Harada rüşvətxorluq, maliyyə fırıldağı varsa, Qəhrəman Qəhramanov oradadır.
Qəhraman Qəhramanov Beyləqan rayonunda mal bazarını oğlu Fərid Qəhramanovun adına keçirsə də, sahibi Qəhraman özüdür. O da qeyd edilir ki, Qəhrəman Qəhramanov hər həftə bazara heyvan satmağa gələn şəxslərdən 5.000 min manat qədər pul yığır, yığılan bu qədər pulun müqabilində isə vergiyə az bir məbləğ ödəyir, vergi idarəsi də onun bu vergidən yayınma cinayətinə göz yumur.
Bu yazıda qeyd etdiklərimiz Qəhrəman Qəhrəmanovun rüşvətxorluq və korrupsiya yolu ilə əldə etdiyi qazancın çox cüzi bir hissəsidir.
Rayon əhalisi üçün çox maraqlıdır ki, Qəhrəman Qəhrəmanovun etdiyi bütün çirkin əməllər rayon prokurorluq işçilərinin gözü qarşısında baş verir və ölkə mətbuatında cidi cinayət əməlləri barədə faktlar dərc olunur, amma bu faktlar araşdırılmır niyə?!
Araşdırmamız davam edir.
Müəllif Tahir ABBASLI
Mənbə Paralel.az
http://milletinsesi.info/article/az/202989?fbclid=IwAR0Z5Kn_E-cfgguHzXnPaPovI6ff7KEAkvNjMeZSzhg5Zc24tFywTaXH2Zw