İLON MASK: Avropa Birliyi ləğv olunmalıdır

Avropa Birliyi (AB) ləğv olunmalı və ayrı-ayrı ölkələrin suverenliyi bərpa edilməlidir ki, dövlətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər.


Bakupost.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X-da yazıb.

O, həmçinin əlavə edib ki, avro-bürokratiya Avropanı yavaş-yavaş boğur.

Qeyd edək ki, iş adamının bu qəzəbinə səbəb ötən gün Avropa Komissiyasının Maskın sahibi olduğu X sosial şəbəkəsini 120 milyon avro cərimələməsi olub.
Tarix: 7-12-2025, 20:54
Xəbəri paylaş



Xəbər lenti