Türkiyədə ardıcıl zəlzələlər - 10-a yaxın bina çökdü










Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 maqnitudalı zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib.

Bu haqda AFAD məlumat yayıb.

Zəlzələlər 20:01-də 4,6, 20:04-də 4,1 və 20:06-da 4 bal gücündə qeydə alınıb.

Sındırqı vilayət valiliyinin məlumatına görə, ilk təkanlardan sonra 10-a yaxın yaşayış binası çöküb.

İstanbulun Sultanqazi və Bahçelievler ərazisində də vətəndaşlar evlərini tərk edib. Küçükçekmecede sakinlər parklara axın edib.

Tarix: Bu gün, 00:35
Xəbəri paylaş



Xəbər lenti