ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə Moskvanı vurmağı təklif edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə adı açıqlanmayan mənbələrdən “Financial Times”ə məlumat daxil olub.
Belə ki, Tramp Zelenski ilə iyulun 4-dəki telefon danışığı zamanı Rusiyanın dərinliklərinə zərbə endirilməsi məsələsinə toxunub. Tramp Ukrayna liderindən Moskvanı vura biləcəklərinə dair xəbər alıb.
Məqalədə deyilir ki, Tramp Zelenski ilə telefon danışığından bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putinlə apardığı söhbətdən narazı qalıb.
Ağ Ev və Ukrayna Prezidentinin Ofisi məsələyə münasibət bildirməyib.