Məhkəmə Trampın Harvardla bağlı qərarını blokladı

ABŞ məhkəməsi Harvard Universitetinin iddiası əsasında ABŞ Prezidenti Donald Trampın xarici tələbələrin universitetlərə qəbulu ilə bağlı qadağasını müvəqqəti olaraq bloklayıb.

Neqativ.com “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, müvəqqəti qadağa hökumətin Harvard Universitetini sertifikatdan məhrum etməsinin qarşısını alır və ali məktəbə ABŞ-də təhsil almaq istəyən əcnəbi tələbələri qəbul etmək imkanı verir.

Qeyd edək ki, mayın 22-də Tramp administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb. Universitet qadağaya görə Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.

Tarix: 24-05-2025, 09:49
Xəbəri paylaş



Xəbər lenti