“Zəif, çəlimsiz və kefsiz” – Britaniya mətbuatı Putinin fotolarını araşdırıb

Rusiya Prezidenti Vladimir Putinin fotolarını araşdıran Britaniya nəşri “DailyMail” ötən gün Belarusun paytaxtı Minskə səfər edən və burada həmkarı Aleksandr Lukaşenko ilə görüşən rus liderin səhhəti ilə bağlı müxtəlif iddialar irəli sürüb. “AzPolitika” xəbər verir ki, nəşr Putinin müxtəlif səfərləri zamanı çəkilmiş fotolarına əsaslanaraq, Rusiya liderinin xəstə olduğunu iddia edib.
Putini “qocalmış rus lider” adlandıran Britaniya nəşri rus liderin fotolarda zəif, çəlimsiz və kefsiz göründüyünü bildirib. “71 yaşlı Rusiya prezidenti Minskdə həmkarı ilə kameralar qarşısında əl-ələ görüşərkən davam edən müharibə fonunda zəif görünüb. Müharibə Putinə ziyan vurur. Savaş deyəsən Putinə öz təsirini göstərib”, -deyə nəşr qeyd edib.

Tarix: 25-05-2024, 16:16
Xəbəri paylaş



Xəbər lenti