İrəvandakı etiraz aksiyalarından YENİ GÖRÜNTÜLƏR - FOTO


Xəbər verdiyimiz kimi, aprelin ortalarından başlayaraq, erməni kilsəsinin Tavuş vilayəti yeparxiyasının yepiskopu Baqrat Qalstyanın başçılığı ilə anti-Paşinyan aksiyaları başlayıb. 

Məlumata görə, o, Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla görüşəndən sonra belə bir aksiyanın təşkilinə qərar verib. Beləliklə, Tavuşda dəstək ala bilməyən, biabırçılığa məhkum olan yepiskop istiqaməti paytaxta çevirib.

Musavat.com xəbər verir ki, teleqram kanallarında Qalstanyanın İrəvana yürüşü ilə bağlı yeni görüntülər paylaşılıb.

Belə ki, hazırda etirazçılar İrəvanın Respublika Meydanında keşiş Baqratın yürüşçülərini gözləyirlər.

Untitled-18.jpg (389 KB)

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi altında “Vətən naminə” müxalifət hərəkatının qarşıdan gələn mitinqi fonunda asayişi və konstitusiya quruluşunu pozmamaq barədə xəbərdarlıq edib.

Tarix: 9-05-2024, 18:03
Xəbəri paylaş



Xəbər lenti