Qonşuda "yanğın" var: nə “Gürcü arzusu” geri çəkilir, nə də gürcülər - İNCƏLƏMƏ

Bir neçə gündür ki, qonşu Gürcüstanda “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının hakimiyyəıtinə qarşı etiraz aksiyaları keçirilir. Paytaxt Tiflisin mərkəzinə, Gürcüstan Parlamentinin qarşısına toplaşırlar. Etirazçıların tələbi “Xarici təsirlərin şəffaflığı və hesabatlığı” haqqında qanunun parlamentdən geri çəkilməsidir. “Xarici agentlər” haqqında qanun da adlandırılan layihə Gürcüstan Parlamentində iki oxunuşdan keçib. Etirazçıların “Rusiya qanunu” dedikləri qanun layihəsinin üçüncü oxunuşda qəbul olunmaması üçün aksiyalar geniş vüsət almaqdadır.
Hakim “Gürcü arzusu” etirazlarla razılaşmır və bu qanunun “Rusiya qanunu” yox, Gürcüstanın milli maraqlarına uyğun qanun olduğunu iddia edirlər. Bununla yanaşı, başda Baş nazir İrakli Kobaxidze olmaqla, Gürcüstan rəsmiləri aksiyalarda Qərbi də günahlandırırlar.
Azərbaycan əsilli Gürcüstan vətəndaşı, ictimai fəal, aksiya iştirakçısı Samirə Bayramova baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandırarkən bildirib ki, etirazlar davam edir:
- Etiraz edən, aksiyalara qoşulan insanların sayı hər gün bir az da artmaqdadır. Qanuna etiraz edənlərin, etirazçıları dəstəkləyənlərin sayında artım müşahidə edilir. Eyni zamanda, etirazçıların aksiyalara qoşulmasını təmin etmək üçün koordinasiya mərkəzləri yaradılıb. Regiondan Tiflisə gəlmək, aksiyada iştirak etmək istəyənlərə təşkilatçılar tərəfindən köməklik göstərilir. Maraqlı tendensiya yaranıb. Kimi aksiya iştirakçılarına isti kofe gətirir, kimi qida gətirir. Biz də azərbaycanlılar olaraq Paxsa bayramını gürcülərlə qeyd etdik, bayram münasibətilə milli şirniyyatlarımızdan apardıq. Demək istədiyim odur ki, etiraz davam edir və hər gün iştirakçı sayı artır.
- Qanun layihəsi parlamentdə ikinci oxunuşdan keçib, sadəcə bir oxunuş qalıb. Sizcə, aksiyalarla bu qanunun qəbulunu dayandırmaq mümkün olacaqmı?
- Əlimizdən gələni edəcəyik, sonunadək mübarizə aparacağıq ki, qanun qəbul olunmasın. Bu qanunun qəbulunu dayandırmağın yolu təbii ki, xalqın iradəsini ortaya qoymasıdır. Nəyin bahasına olur-olsun, buna “dur!” deyilməlidir. Necə ki, ötən il bu qanunun qəbulunun qarşısı alındı, bu il də imkan verilməyəcəyini düşünürəm. Hər halda, aksiyaların gücünə inanılmasa, bu yola əl atılmazdı.
- Sizcə, “Gürcü arzusu” hakimiyyəti etirazlar qarşısında geri çəkiləcəkmi?
- Hazırda hakimiyyətin geri çəkilmək fikri yoxdur. Hakimiyyət nümayəndələri Qərb ölkələri ilə, dost, tərəfdaş dövlətlərə qarşı çox kobud danışırlar. Baş nazir İrakli Kobaxidzenin aqressiv bəyanatlarının şahidi oluruq. “Gürcü arzusu” cəmiyyətdə belə fikir formalaşdırmağa çalışır ki, guya Qərb Gürcüstanın dəyərlərinə qarşıdır, dəyərləri məhv etmək istəyir. Hakimiyyət bilir ki, gürcülər millidirlər, vətənpərvərdirlər, həm də dindardırlar. Ona görə “milli-mənəvi dəyərlər” mövzusu ilə təxribata əl atmaq istəyirlər. Amma gürcülər bu təxribatçı təbliğata uymayacaqlar. Nəzərə almaq lazımdır ki, Gürcüstan kasıb ölkədir, bu günədək Gürcüstanın var olmasının, demokratik dəyərlərinin qorunmasının və 30 ildə bu səviyyəyə çatmasının səbəbi Qərbdən gələn maliyyə resurslarıdır. İstər mədəniyyət sahəsinə, istər vətəndaşlarının hüquqlarının qorunması, məhkəmə sisteminin, polis sisteminin gücləndirilməsi sahəsində Qərbdən gələn maliyyə dəstəyinin rolu olub. Ümumiyyətlə, hər bir sahədə - sosial-istisadi vəziyyətin gücləndirilməsi Qərbin dəstəyi ilə baş verib. Bunu Gürcüstan cəmiyyəti bilir və qiymətləndirir. Ona görə də hakimiyyətin anti-Qərb təbliğatı bir işə yaramayacaq.
- Etirtazlar nə vaxtadək davam edəcək?
- Aksiyalar o vaxtadək davam edəcək ki, tələblər yerinə yetiriləcək. Nə vaxt qanunu geri çəkəcəkklər, bundan tam əmin olacağıq, o zamanadək etirazlar davamlı olacaq.
Tələblərimiz dəyişməyib: “Rus qanununa yox!”, “Bu qanun geri çəkilsin!”, “Gürcüstan demokratiya yoluna davam etsin!”. Avropa İttifaqı ilə, tərəfdaş dövlətlərlə Gürcüstanın dialoqu davamlı olmalıdır. Gürcüstan hakimiyyəti Avropa İttifaqına daxil olmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, tövsiyələrə əməl etməlidir. Ölkəmizin inkişafı yalnız buna bağlıdır.
- “Xarici agent” haqqında qanunun qəbulu Gürcüstanın Avropa İttifaqına üzvlüyünə hansı təsirləri göstərir?
- Mənfi təsirlər göstərir. Dəfələrlə Gürcüstan hökumətinə Avropa İttifaqından ismarıclar gəldi, tənqidlər səsləndi, bəyanatlar verildi. Qərb çox ciddi mesajlar verdi ki, bu qanun Gürcüstanı Avropadan uzaqlaşdırır, Avropa İttifaqına üzvlüyünə ziddir. Hətta Gürcüstanın Avropa ilə vizasız rejiminə son qoyacaq məsələ gündəmə gələ bilər ki, bu, müzakirəyə çıxarılacaqsa, o zaman biabırçılıq olacaq. Çünki bundan sonra Gürcüstanla Avropa arasında vizasız rejim olmayacaq. Demək istədiyim odur ki, “Xarici agent” haqqında qanun Gürcüstanın Avrointeqrasiyasına həddən artıq mənfi təsir göstərə biləcək qanundur. Və bu qanunun qarşısı alınmalıdır.
Tarix: 8-05-2024, 22:54
-
Dünən, 22:28
Qarabağ adı altında qanunsuz toplanan milyonlar- “Azərişıq” sənədsiz fərdi evləri, obyektləri necə və neçə minə sayğaclaşdırır!
-
Dünən, 22:21
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
-
Dünən, 21:46
14 milyonluq SİRR AÇILIR - "Atlant" işində yeni İDDİALAR
-
Dünən, 21:43
General Müşfiq Məmmədov vəzifəsindən azad edildi - ƏMR
-
Dünən, 21:42
Deməli, bu məmurlar ölkə iqtisadiyyatını inkişaf etdirmək əvəzinə öz şəxsi iqtisadiyyatlarını çiçəkləndirirlər
-
Dünən, 21:40
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
-
Dünən, 09:45
Abdin Fərzəliyevlə Hacı Məhərrəm “My Beach” restoranının ərazisini genişlədirir - VİDEO
-
Dünən, 09:39
Deputat Ağalar Vəliyevin oğlunun "Kristal"ında böyük miqdarda borclanma
-
17-04-2026, 23:17
Peşə Təhsili Agentliyində kadr xaosu - Boş ştatlar, bölüşdürülən maaşlar …
-
17-04-2026, 23:16
Mossad İranda nə etməyi planlaşdırır: Gizli əməliyyatları genişləndirmək və...
-
17-04-2026, 22:38
Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat
-
17-04-2026, 22:27
Bakıda mühüm yenilik: Əliyev məsələ qaldırmışdı, ölkənin rolu dəyişdi
-
17-04-2026, 22:12
Gigiyena və Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü
-
17-04-2026, 22:07
Əli Əsədovun biznes və tikinti imperiyası...-FOTO/ VİDEO
-
17-04-2026, 22:06
AAYDA-nın İdarə rəisi niyə təşviş içindədir? - Nazim Eynallı dövlətə xidməti reklama çevirib
-
17-04-2026, 15:53
Kamaləddin Qafarovun şirkətləri 4 ayda 16 milyonluq tender qazanıb?
-
17-04-2026, 15:44
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
-
17-04-2026, 11:34
"DİM dövlətin qurumudur, kiminsə şəxsi müəssisəsi deyil" - İlqar Orucovdan sərt REAKSİYA
-
17-04-2026, 11:24
13 milyonluq mənfəət, yoxsa 251 milyonluq likvidlik kəsiri? – "AccessBank"-da nə baş verir?
-
17-04-2026, 11:22
Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
-
17-04-2026, 11:12
Şamaxı səhiyyəsində MÖCÜZƏLİ RƏHBƏR - TƏBİB-in köhnə şefi bilirdi... təzə şef də indi BİLDİ!
-
17-04-2026, 11:08
Tibbi sığorta: KAĞIZ ÜZƏRİNDƏ GÖZƏLDİR... - AMMA REALDA...
-
17-04-2026, 10:09
“Neqodnı”lar hərbi xidmətə çağırılacaq?
-
17-04-2026, 10:01
Qərbin sərhədimizdə “yumşaq nəzarət” qərarı - ZİBİLƏ DÜŞMÜŞÜK...
-
17-04-2026, 08:23
ABŞ ordusu İranla əlaqəli 13 gəminin ələ keçirildiyini açıqlayıb
-
17-04-2026, 08:21
Bu agentliydə qalmaqallı iclas - Eşqi Bağırovun sərt çıxışı nəyə hesablanıb?
-
17-04-2026, 08:15
Özünü bank əməkdaşı kimi təqdim edərək kartdan pul oğurlayan şəxs saxlanılıb
-
17-04-2026, 08:08
Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu bir araşdıran olsa... - İLGİNC FAKTLAR...
-
17-04-2026, 08:07
"Gold Concept Mobilya"nın külli miqdarda borcu var
-
17-04-2026, 08:03
Səhiyyə sisteminin YAŞ HƏDDİ BƏLASI - BELƏ DAVAM EDƏRSƏ...