Ukrayna Şimali Koreya ballistik raketləri üçün sınaq meydanına çevirilir - ABŞ narahatdır


ABŞ ordusu narahatdır ki, Rusiyanın Ukraynada Şimali Koreya raketlərindən istifadə etməsi Pxenyana silahlarını real döyüşdə sınaqdan keçirmək üçün nadir fürsət verir və bu da onların effektivliyini artıra bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ-ın Sakit okean ordusunun komandanı, general Çarlz Flinnin sözlərinə istinadən məlumat yayıb.

"Mən inanmıram ki, Şimali Koreya ordusunun Ukraynada rusların imkan verdiyi kimi döyüş meydanında başqa laboratoriyası olsun", deyə Çarlz Flinn bildirib.


Onun sözlərinə görə, bu, Şimali Koreya texniki məsələlər, prosedurlar və sursatın özü haqqında dəyərli məlumat əldə etmək imkanı verir. ABŞ hadisələrin necə inkişaf edəcəyini yaxından izləyəcək.

General vurğulayıb ki, o və başqaları Şimali Koreyanın Ukraynadakı müharibədə öz silahlarını real döyüş meydanında sınaqdan keçirmək üçün nadir fürsət verir və Pxenyana silahları haqqında daha çox şey öyrənməyə şərait yaradır.
Tarix: 7-04-2024, 22:53
Xəbəri paylaş



Xəbər lenti