SON DƏQİQƏ! Türkiyə təkzib etdi: hərbi gəmilər...


Türkiyə hakimiyyəti Böyük Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmilərin Qara dəniz boğazlarından keçməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.


Türkiyə Prezident Administrasiyasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi xarici mediada oxşar bəyanatların dərc olunmasına cavab olaraq bildirib ki, “Türkiyənin Böyük Britaniyanın Ukraynaya bağışladığı minaaxtaran gəmiləri Qara dəniz boğazlarından keçməsinə şərait yaratması ilə bağlı yayılan xəbərlər doğru deyil”.

Mərkəz qeyd edir ki, Türkiyə boğazlarda naviqasiya qaydalarını tənzimləyən Montrö Konvensiyasına ciddi şəkildə əməl edir və Rusiyanın Ukraynaya hücumu başlayandan bəri bir dənə də olsun hərbi gəminin keçməsinə icazə verməyib. O, həmçinin NATO müttəfiqlərinə “müharibə davam etdiyi müddətdə hərbi gəmilərin Türkiyə boğazlarından Qara dənizə keçməsinə icazə verməyəcəyini” - bildirib.

Musavat.com

Tarix: 2-01-2024, 21:08
Xəbəri paylaş



Xəbər lenti