Zaporojye AES ətrafında müəmma: MAQATE rəhbərinin səfəri təxirə salındı


Rusiya tərəfi stansiyaya səfərin hansı səbəblərə görə təxirə salınmasını açıqlamayıb

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossinin çərşənbə günü, iyunun 14-də Zaporojye Atom Elektrik Stansiyasına (AES) baş tutmalı olan səfəri cümə axşamına təxirə salınıb. AYNA xəbər verir ki, bu barədə “Rosenerqoatom” konserninin baş direktorunun müşaviri Renat Karça deyib.

"Missiya bir günlük təxirə salınıb", deyə Karça bildirib.

O, agentliyin baş direktorunun stansiyaya səfərinin hansı səbəblərə görə təxirə salınmasını açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Qrossinin Kiyevə və AES-ə səfər etmək planları barədə məlumat yayılıb. Səfər Kaxovka Su Elektrik Stansiyasının (SES) dağıdılmasından sonra stansiyada mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı olmalı idi. MAQATE rəhbəri Ukrayna Prezidenti Volodimir Zelenski ilə də görüşməyi planlaşdırıb.

Ukrayna mediasında Qrossinin AES-ə səfərinin təxirə salınması müəmmalı sayılır. Ekspertlər bildirirlər ki, Rusiya AES-də neqativləri müvəqqəti olaraq “qaydasına salmaq” istəyib və Qrossinin səfərinədək “işləri tamamlaya bilməyib”. Ukraynalı analitiklər səfərin təxirə salınmasını Zaporojye AES ətrafındakı müəmma kimi qiymətləndiriblər.

Tarix: 14-06-2023, 15:18
Xəbəri paylaş



Xəbər lenti