BƏƏ hökuməti radikal dəyişikliyə gedir


Birləşmiş Ərəb Əmirlikləri istirahət günlərini artırır
 
BƏƏ hökuməti istirahət günləriylə bağlı radikal dəyişikliyə gedir. BƏƏ-də indiyədək istirahət günləri cümə və şənbə idi. 2022-ci il yanvarın 1-dən etibarənsə ölkədə istirahət günlərinin sayı artırılacaq. İstirahət günləri cümə günortadan sonra başlayacaq, şənbə və bazar gününü də əhatə edəcək. 

Bununla da həftə içi günləri 4,5, həftəsonları isə 2,5 gün olacaq. İş günləri bazar ertəsindən etibarən cümə axşamınadək 07:30-da başlayıb, 15:30-da bitəcək. Cümə günü isə 07:30-da başlayıb 12:00-da bitəcək. 

Məmurlar isə cümə günü ilə bağlı sərbəst qərar verə, evdən də çalışa bilərlər. Bu qərar icra edildikdə BƏƏ dünyada iş günlərinin sayını 5-dən az edən ilk ölkə olacaq. 

Hökumətdən bildirilib ki, yeni qərar işləyənlərin iş qabiliyyətinin artırılmasını, iş-yaşam tarazlığının qorunması və sosial rifahın yüksəlməsi məqsədi daşıyır. 

 Eyni zamanda ticarət sahəsində əlavə imkanlar açacaq. 

Tarix: 8-12-2021, 10:32
Xəbəri paylaş



Xəbər lenti