“Türkiyənin bugünü bir neçə ildən sonrakı post-neft Azərbaycanının və Rusiyanın gələcəyidir”


“Türk lirəsinin son günlər kəskin dəyərsizləşməsi  Azərbaycan hökuməti üçün də dərs olmalıdır. Türkiyənin bugünü bir neçə ildən sonrakı post-neft Azərbaycanının və Rusiyanın gələcəyidir”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu bildirib.
 
Onun sözlərinə görə, heç kəsə sirr deyil ki, hazırda Azərbaycan manatı və rus rublunun sabitliyi  yalnız neft-qaz gəlirlərinin sayəsində təmin olunur: “Bu gəlirlər azalan kimi həm Rusiyada, həm də Azərbaycanda qara günlər başlayacaq. Təəssüf ki, büdcə xərclərini son 4 ildə 23,2 faiz artırıb, həmin  dövr ərzində qeyri-neft sektorunun 4 dəfəyədək az- 6,2 faiz artımına malik olan Azərbaycan hakimiyyəti bu təhlükənin qarşısını almaq üçün lazım olanların heç onda birini etmir. Türkiyə gəlincə, təhlükə hələ də sovuşmayıb, xüsusilə də bu və gələn ay kritik olacaq”
Tarix: 24-11-2021, 22:14
Xəbəri paylaş



Xəbər lenti