“NATO ÖZÜNÜN ƏSL ROLUNA QAYIDIR...” - “Rusiya rəsmi düşmən, Çin isə “sistem təhlükəsi”dir”


Dünyada vəziyyət gərginləşir və bu, NATO-nun son sammitində rəsmən etiraf olundu. NATO ölkələrinin yığıncağındakı yekun sazişə əsasən Rusiya Avro-Atlantik məkanı üçün təhlükədir.
NATO-nun son sammitində Çin daha sərt şəkildə tənqid edilib və bu ölkə mövcud dünya nizamına qarşı “sistem təhlükəsi” adlandırılıb.
ABŞ prezidenti Çinlə bağlı deyib: ”NATO-nun son strateji planı 2010-cu ildə tərtib olunub, onda Rusiya tərəfdaş hesab edilirdi, Çin barədə isə heç bir söz deyilmirdi”. Həmin vaxt NATO Əfqanıstan kimi ölkələrdəki problemlərin həlliylə məşğuldu. İndi isə görünür ki, alyans özünün əsl roluna qayıdır.
Putinin ünvanına tərif
Əvvəla onu demək lazımdır ki, Co Bayden ABŞ-ın alyansa göstərdiyi geniş dəstəyi bərpa etdi. Çünki Tramp zamanında əksəriyyət Amerikanın NATO-ya göstərdiyi münasibətə şübhəylə yanaşırdı. İndiki ABŞ prezidenti bəyan edib ki, NATO ABŞ-ın maraqları üçün xüsusi önəm daşıyır və alyans üzvlərinin Şimali Atlantika müqaviləsinin beşinci bəndinə sadiq qalmaları onların “müqəddəs öhdəliyi” sayılır. Bu bəndə əsasən alyans öz üzvlərini istənilən xarici hücumlardan qorumalıdır. Dörd il sürən qeyri-müəyyənlikdən sonra bu nümayişkəranə qətiyyət böyük əhəmiyyət daşıyır.
Növbəti məsələ NATO-nun qonşusu Rusiyaya toxunur. Cenevrədə Putinlə görüşən Bayden onu ağıllı və sərt, həmçinin layiqli rəqib adlandırdı. Yəqin ki, bu cür xarakterizə olunmaq Rusiya prezidentinin xoşuna gəlib. 

Mahiyyət etibarilə bu, Putinin Rusiyanın daxilində təqdim edilən Qərbə qarşı əsl rəqib və mühafizəkar xristian ənənələrinin müdafiəçisi(baxmayaraq ki, o, təpədən dırnağa qədər korrupsiyalaşıb) obrazını dəstəkləməkdir. Ona görə də Putinə Baydenin yanaşmasını tərif və Rusiyanın ciddi qəbul olunmasının etirafı kimi dəyərləndirə bilər.
Bu gün Ümumi Daxili Məhsulu İtaliyanınkı ilə eyni səviyyədə olan keçmiş fövqəldövlətin öz əhmiyyətini itirməsi hazırkı rus dünya görüşü ilə bir araya sığmır və bu vəziyyət uğursuzluq və milli çöküş rəmzidir. Amma Putin və onun rejiminin başqa cür və hətta Qərb cəmiyyətinin üzvü olmaq kimi hər hansı bir istəyi yoxdur. Bununla əlaqədar artıq çoxdandır ki, Rusiya rəsmi şəkildə Qərblə qarşıdurmaya girişib və o, bu rolu oynamaq üçün uzun müddət ərzində inad nümayiş etdirib.
Moskvaya birmənalı siqnal göndərən Co Bayden deyib: ”Mən prezident Putinə aydın şəkildə anlatdım ki, əgər o, tərəfdaşlığı seçərsə, bizim onlarla əməkdaşlıq edə biləcəyimiz sferalar var, yox əgər o, əməkdaşlığa getməzsə və özünü keçmişdəki kimi apararsa, onda biz buna cavab verəcəyik”.
Vəziyyət aydınlaşır
Hər halda, dünya KİV-ləri Rusiyadan daha çox Çinə diqqət ayırır. Rəsmi surətdə NATO sammitində Çin mövcud dünya nizamını pozan element elan edilib. Bu, həqəqətən də çox sərt bəyanatdır. Çin nüvə silahı arsenalını kəskin artırıb və Sakit okean regionunda özünü daha təkəbbürlü aparır.

Bundan əlavə, Çin Rusiya ilə daha yaxın əməkdaşılığa başlayıb, məsələn, Atlantik okeanında keçirilən hərbi təlimlərdə iştirak edir. Öncələr Rusiya və Çin rəqib idilər, ancaq son vaxtlar özlərini hansısa demokratiyapərəst blok kimi aparırlar. NATO daxil olmaqla, Qərb dünyası nəhayət buna reaksiya verməyə başlayıb.
Dünya getdikcə təhlükəli hala gəlir, lakin vəziyyət aydınlaşır. Qeyri-müəyyənlik dövründən sonra dəyərlər barəsindəki təsəvvürlər tədricən durulur. Prezident Bayden hazırda demokratik dövlətlərin həm ABŞ, həm də ki, ümumi dəyərlər ətrafında birliyini bərpa edir. Baydenin Avropaya səfəri bunu təsdiqləyir, müttəfiqlər isə onun bu niyyətini məmuniyyətlə qəbul etməyə hazırdırlar.
“Respekt” – (Çexiya)
Tərcümə: “AzPolitika.info”
Tarix: 20-06-2021, 10:20
Xəbəri paylaş



Xəbər lenti