
Neftçala sakini Rəna Ağayeva 30 illik qonşusu Vurğun Əliyevə satdığı pal-paltarın pulunu illərdi ala bilmir:
Xezerxeber.az-ın məlumatına görə, Rəna Ağayeva tək yaşayır.
Deyir ki, V.Əliyev ondan 1758 manatlıq pal-paltar alıb və iki ildir qaytarmır: "Bu hərəkəti başqası eləsə, mənə bu qədər ağır təsir eləməzdi. Başıma gələnləri bildiyi halda yaxın qonşumun məni aldatmasını qəbul edə bilmirəm”.
Rəna Ağayeva məsələ ilə bağlı Neftçala Rayon Məhkəməsinə müraciət edib.
Məhkəmə onun xeyrinə qərar çıxartsa da əmr neçə vaxtdır icra edilmir.
Vurğun Əliyev isə telefon nömrəsini dəyişib. Axırıncı dəfə Rəna xanıma vəd verib ki, işləməyə gedir və onun borcunu hər ay az da olsa ödəyəcək, lakin indi onun harada olduğu bilinmir.
Maraqlıdır, belə məsələlərdə vətəndaş nə etməlidir?
Hüquqşünas Samir Qasımovun sözlərinə görə, bu cür hallarda məsələnin həlli icra məmurundan asılıdır. İcra məmuru da öz vəzifəsini icra etmirsə, tələbkar bu halda icra məmurundan da məhkəməyə müraciət edə bilər.
Tarix: Dünən, 22:18