Son zamanlar ən aktual olan şikayətlərdən biri də rüşvətlə bağlıdır. Bu dəfə də Səbail rayonunda yerləşən 132-134 nömrəli məktəbin valideynləri tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Onlar bildirirlər ki, son zamanlar müxtəlif təhsil ocaqlarında çalışan rüşvətxor direktor və müəllimlər işdən azad olunsalar da, hələ də direktor və müəllim heyəti arasında öz qanunsuz əməllərindən əl çəkməyənlər var:
"132-134 nömrəli məktəbdə də "rüşvət, rüşvət, yenə də rüşvət" deyirlər. Belə ki, valideyn qurupunda utanmadan, çəkinmədən "fond pulu" adı altında pul yığılır. Müəllimlər Günündə isə bütün valideynlərdən məcbur şəkildə pul yığıldı.
Şişirdilmiş məbləğlər artıq biz valideynləri cana doydurub. Sanki pulları gedib hardansa qucaq-qucaq yığıb gətiririk.
Direktorun və müəllimlərin qərarlarına görə, uşaqlar sinif otağını bəzəməlidir. Bir sözlə, sinif otağı valideynlərin pulu ilə abadlaşdırılır. Narazılıq bildirəndə isə deyirlər ki, nazirlik və yaxud da məktəb siniflər üçün heçn ə vermir. Məhz bu səbəbdən də "fond pulu" yığıb, lazım olanları almalıyıq.
Müəllimlər Gününə yaxın isə pul yığılmasına 15-16 uşağın qatıldığını öyrənən müəllimlər sözün əsil mənasında əsəbləşiblər. Sinif müəlliməsi valideyn komitəsinə bildirib ki, “bu il buraxılış sinifidir, ona görə xahiş edir ki, əvvəl qoşulmayanlar da bu dəfə mütləq qoşulsun. Qoşulmayanlar bilsinlər ki, övladlarının attestat qiyməti yaxşı olamayacaq". Hətta bildirir ki, pul verməyənlərin adlarını ver, mənə özüm onlarla danışım.
Bu, bir müəllimə yaraşan hərəkətdir? Hər uşaqdan 60 manat pul yığıb, Müəllimlər Gününü yola verdilər".
Valideynlərin redaksiyamıza təqdim etdikləri səs yazısını da olduğu kimi dərc edirik:
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.