Bakıda avtobuslarda cibgirlik edən məxluq tutuldu - VİDEO

Bakıda cibgirlik edən şəxs saxlanılıb.

DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq cinayətlərində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 47 yaşlı Rahil Kazımov tutulub. Araşdırmalarla müəyyən edilib ki, o, əsasən müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin pul vəsaitlərini talamaqla məşğul olub.

R. Kazımovun paytaxtda digər analoji cinayətlər törətməsi istisna olunmur.

Araşdırmalar davam etdirilir.

Tarix: Dünən, 16:18
Xəbəri paylaş



Xəbər lenti