“ABŞ prezidenti Co Baydenin qondarma "erməni soyqırımı" ifadəsini işlətməsi, Vaşinqtonun rəsmən tanıması deyil. 1982-ci ildə ABŞ prezidenti Reyqanda belə bir ifadə işlətmişdi. Amma bunun Ankara üçün hüququ bir çəkisi olmadı. Bundan sonrada olmayacaq”. Pravda.az-ın xəbərinə görə, bunu politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloq bildirib ki, Bayden administrasiyası Türkiyəni regionda yeni tərəfdaş kimi görmür: “Xüsusilə prezident Ərdoğan hakimiyyətinin müstəqil siyasəti belə bir ifadə işlətməsinə gətirib çıxardı. Bu, təkcə Baydenin ermeni lobbisinin təsiri ilə deyil, son aylarda Aralıq dənizində Yunanıstan-Türkiyə arasında davam edən siyasi-hərbi böhran fonunda Vaşinqtonun Afinanı dəstəkləmindən irəli gəlir. Bayden seçki marafonunda Ərdoğanın hərbi çevrilişlə devirməyin mümkünlüyunü qeyd etmişdi. ABŞ son illərdə PKK terror təşkilatının Suriya qolu YPG-ni silahlandırır, Ankaraya sanksiyalar tətbiq edir, F-35 proqramından çıxarır. Bütün problemler Vaşinqtondan qaynaqlanır. Regionda Türkiyəni əvəz edəcək Yunanıstana “stavka” edəcəklər. Göründüyü kimi, ABŞ Türkiyə arasında ciddi problemler var. Bu problemlər iki müttəfiq arasında siyasi əməkdaşlığın qırılma nöqtəsinə gəlib çıxıb. Bundan sonra da Bayden administrasiyasından Türkiyə qarşı yalnız təzyiq siyasəti həyata keçiriləcək. Paralel olaraq Ağ Evin Azərbaycana siyasətində də dəyişiklik olacaq. Bayden administrasiyası Yaxın Şərqdə Türkiyə və Cənubi Qafqazda Azərbaycan kimi aparıcı iki ölkə ilə münasibətlərə zərbə vurdu. Bir neçə gündən sonra Pentaqondan heyət Ankaraya səfər edib, iki ölkə arasında mövcud problemleri yoluna qoymağa çalışacaq. Qeyd edim ki, bundan sonra Türkiyə Rusiya yaxınlaşması da olmayacaq. Onsuzda Ankara və Moskva əməkdaşlığın mümkün olanını ediblər. Hər iki tərəfin toqquşduğu maraqlar var. Vaşinqtonun Ankaraya qarşı bu siyasəti Türkiyəni daha da gücləndirəcək. Milli Cəbhə Partiyası olaraq, ABŞ prezidenti Baydenin qondarma erməni soyqırımı ifadəsini işlətməsini pisləyirik. Bu, Ermənistan Azərbaycan və Türkiyə Ermənistan arasında mümkün əlaqələrin qurulmasına zərbə vurmaqdır. Qarabağ müharibəsindən sonra, ABŞ regionda xalqlar arasında sülhü təşviqinə yox, düşmənçiliyə gətirib çıxaran siyasətə üstünlük verdi”.
Tarix: 25-04-2021, 10:23