Son günlərdə Donbass ətrafında vəziyyətin kəskinləşməsi təkcə Rusiya-Ukrayna sərhədinin hər iki tərəfində və qondama “respublikalarda” deyil, dünyanın hər yerində ciddi şəkildə müzakirə edilir.Əgər əvvəllər narahatlığa Kiyevin Donbass ətrafına çox sayda hərbi texnika və şəxsi heyət cəlb etməsi barədə xəbərlər səbəb olmuşdusa, son günlər Moskvanın da sərhəddə qoşun toplaması gerginliyi bir qədər də artırıb. Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Ruslan Xomçak ölkə parlamentində bəyan edib ki, Rusiya ən azı 25 batalyon-taktiki qrupu ölkə sərhədi yaxınlığında toplayıb. Bu isə Donbasda müharibənin reallığa yaxınlaşması deməkdir.Yalnız indi bir sual açıq qalır: tətiyi ilk kim çəkməyə cəsarət edəcək?
Donbasdakı hadisələrin inkişafı barədə sobesednik.ru-ya danışan politoloq və publisist Leonid Radzixovski maraqlı açıqlamalar verib. Politoloq düşünür ki, mümkün müharibə Rusiya üçün ağır nəticələrə səbəb olacaq: “Qərb bunun nəticələrinin ağır olacağını açıq şəkildə söyləyir. Bu dəfə 20 Kremlin məmuru və onlarla əlaqəli 10 nəfər üçün sanksiyalarla məhdudlaşmayacaq. Bu müharibə hər şeydən əvvəl “Şimal azxını-2” qaz kəmərinin sonu olacaq. Rus qoşunlarının Ukraynaya girəcəyi təqdirdə, Rusiya neftinin alınmasına embarqo da qoyula bilər. Avropa Birliyi hətta bir müddət də olsa, Rusiya nefti və qazını almağa son qoyarsa, bu, heç vaxt yaşanmayan sosial-iqtisadi fəlakət olacaqdır”.
Politoloq deyib ki, Kremldə də bu barədə ciddi düşünürlər: “Rusiyanın Ukraynaya niyə hücum etməli olduğunu anlamıram. Hipotetik olaraq bu hücum baş verərsə, Kremlin deməyə sözü var: “Ukrayna Donbassa hücum etdi, biz kənara dura bilmərik və Donbass sakinlərini qorumalıyıq...” Bu müharibənin Rusiyada vətənpərvərlik hisslərinin artması, “Vahid Rusiya”Partiyası üçün Dövlət Dumasına seçkilərdə müsbət təsiri olacağı haqda danışırlar. Bu acı bir zarafatdır. Dövlət Dumasına seçkilərə görə toplardan atəş etmək və bunun əvəzində sanksiyalar almaq... Üstəlik, bu asan bir müharibə olmayacaq. Aydındır ki, Rusiya və Ukrayna ordularının ümumi potensialı müqayisəedilməzdir. Ancaq biz Ukraynanın bütün silahlı qüvvələrini göndərə biləcəyi müəyyən bir ərazidə hərbi əməliyyatlardan danışırıq. Belə dar bir ərazidə Rusiyanın asan bir qələbə qazana biləcəyi çətin ola bilər. Ukrayna ordusu artıq 2014-cü ildəki kimi deyil, bu faktla da hesablaşmaq lazımdıır".
Politoloq deyib ki, 2014-cü ildə Putinin reytinqi artdı və Krımdan sonra başı gicəlləndi və Ukraynanın şərqinə də əl atdı. Şərqi Ukraynanın rus xilaskarları gözlədiyi barədə mif vardı. Ancaq bu gün düşünürəm ki, Kremldə heç kimdə bu mif yoxdur”.Onun bildirdiyinə görə, Rusiya “rusdilli əhalini müdafə edirik” bəhanəsi ilə münaqişəyə qoşulması üçün Ukraynanın ən azından Donbasa bombalaması, tanklarla irəliləməsi lazımdır”.
Radzixovski bildirib ki, Ukrayna “Şimal axını”nı işə salınmasında maraqlı deyil: “Rusiya üçün bu iddialı layihə qaz tədarük həcmini bir qədər artıracaq və Ukrayna böyük ölçüdə tranzitdə məhrum olacaq. Ancaq Ukrayna ilə Rusiya arasındakı müharibənin nəzarətdən çıxması riski var. Elektron müharibə, düşmən qərargahının məhvi, bombalama...Bütün bunlara başlamaq asandır, amma bir fit ilə dayandırmaq çox çətindi. Bundan əlavə, Zelenski seçkiqabağı vədlərində Donbasda müharibə olmayacağını vəd etmişdi. Donbasda döyüş əməliyyatları baş verərsə, müharibə edən tərəflərin sərhədlərinin dəyişdirilməsi ehtimalı azdır. Amma çox sayda qurban olacaq. Qurbanların sayını Rusiyada gizlətmək olacaq, amma bu, Ukraynada mümkünsüzdür. İtkilərə və vədinə əməl etmədiynə görə, müxalifət Zelenskini asar...”
Yeri gəlmişkən, gərginlik yaranandan bəri müharibənin hansı tarixdə başlaya biləcəyi ilə bağlı xeylıi iddialar var.
Məsələn, məşhur rus iqtisadçısı və publisist Mixail Delyaqinə görə, genişmiqyaslı hərbi əməliyyatların 22 apreldən tez başlamasını gözləməyə dəyməz. Çünki dünya liderlərinin iştirakı ilə iqlim zirvəsinə hazırlıq gedir. “Ancaq mənə elə gəlir ki, bu baxımdan ən təhlükəli gün 9 maydır ”deyə, Delyaqin “Teleqram” kanalında yazıb.
Tarix: 10-04-2021, 22:49