Türkmənistanda “varis əməliyyatı” sona yaxınlaşır –BERDIMƏHƏMMƏDOVUN YERİNƏ İQTİDARA BERDIMƏHƏMMƏDOV GƏTİRİLİR



Viktoriya Panfilova
“Nezavisimaya qazeta”, 14.02.2021
 
Prezident Qurbanqulu Berdiməhəmmədov oğlu Sərdarı baş nazir müavini təyin edib və onun üçün yeni bir vəzifə cığırı açıb. Beləliklə, o nəinki atasının müavini, – Türkmənistanın dövlət başçısı həm də hökumət başçısıdır, – eləcə də ölkədəki bütün maliyyə axınlarına nəzarət etmək üçün böyük səlahiyyətlərə sahib olur.
Bir neçə il əvvəl başlayan “varis əməliyyatı” sona çatıb. Yeni Konstitusiyaya əsasən formalaşdıqdan sonra dövlətin ikinci şəxs olmaq üçün Sərdar parlamentin yuxarı palatasının sədri vəzifəsini tutmalıdır.
Prezidentin fərmanına əsasən, Sərdar Berdəməhəmmədov, həmçinin, ölkənin Təhlükəsizlik Şurasına daxil ediləcək və Türkmənistan Ali Nəzarət Palatasının sədri olacaq.
Sənəddə deyilir ki, Nazirlər Kabineti sədri müavininin vəzifələrinə rəqəmsal sistemin və innovasiya texnologiyalarının bütün sahələrdə, o cümlədən dövlət və sosial quruluş sistemində tətbiqi və bu fəaliyyətə nəzarət daxildir.
Bu barədə hökumətin “Neytral Türkmənistan” nəşri məlumat verib.
Yeni mövqe dövlət idarəetmə sistemini daha da modernləşdirmək və hökumətin işini yaxşılaşdırmaq məqsədi kimi təqdim edilib.
“Sərdar Berdiməhəmmədovun prezidentliyə tədricən hazırlanır. Ancaq bu, çoxdan bəri davam edir. Moskvaya, Diplomatik Akademiyada oxumağa getdiyindən bəri. Onun bütün irəliləyişləri bu planın tərkib hissəsidir. Bundan əlavə, qanunvericilik ona uyğun olaraq bir neçə dəfə dəyişdirilib”, – bunu Türkmənistan üzrə ekspert Sərdar Aytakov bildirib.
Sərdar Berdıməhəmmədov Xarici İşlər Nazirliyində, Karbohidrogen Resurslarının İdarə edilməsi və İstifadəsi üzrə Dövlət Agentliyində, habelə parlamentdə bir sıra vəzifələrdə çalışıb. Sənaye və inşaat istehsalı naziri vəzifəsindən baş nazirinn müavini vəzifəsinə keçib. Bu nazirlik onun üçün qaçaraq qaydada yaradılıb. Səbəb, Aytakovun qeyd etdiyi kimi, Axalteke vilayətinin regional elitasının nümayəndələri – Axalteke və Axal arasında qarşıdurma idi.
2019-cu ilin iyulundan 2020-ci ilin fevralına qədər 1,5 milyard dollar dəyərində yeni bir inzibati mərkəzin – “Axal-siti”nin tikintisinə rəhbərlik etdiyi dövrdə o, Axal vilayət hakimi vəzifəsini icra edib. Əvvəllər bu, Aşqabad bölgəsi idi, ancaq sonra paytaxtdan ayrılıb. Dövlət başçısı varisi üçün yeni bir paytaxt tikdirmə qərarı verib.
Aytakov deyib: “Münaqişə nəticəsində Sərdar Berdıməhəmmədov elitanın lütfünü itirib. Bu, güc nazirləri, böyük biznes və əsas bürokratiyanın bir hissəsi idi. Dövlət başçısının özü, ilk prezident Saparmurad Niyazov kimi Axalteke qəbiləsindən olan “ictimai xadimlərin” rəyindən kifayət qədər asılıdır. Üstəlik, Qurbanqulu Berdiməhəmmədov qəbilədaşlarına, mərhum Niyazov onu rüsvayçılıqla təhdid edildikdə, xilası ilə borcludur”.
Son bir ildə, koronavirusa görə Sərdar Berdıməhəmmədov kölgədə qalıb. Bunun əvəzinə Qurbanqulu Berdıməhəmmədov nəvəsi Kərimlə birlikdə ictimaiyyət qarşısına çıxıb. Yeni təyinat Sərdar Berdıməhəmmədov üçün böyük imkanlar açır və ona bütün maliyyə axınlarına nəzarət etmək, yoxlamalar aparmaq və s. imkanı verir. “Baş nazirin müavini vəzifəsi vacibdir. Sərdar yalnız maliyyə axınları haqqında deyil, həm də çoxsaylı sənədlərə giriş əldə edəcək və qapalı Türkmənistan iqtisadiyyatı şəraitində bu ona bütün məmurlar və iş adamlarına qarşı çoxsaylı kompromatlar təqdim edir”.
Bir sıra mütəxəssislər Sərdar Berdiməhəmmədovun hələ də parlamentin yuxarı palatasının sədri vəzifəsini tutacağına inanırlar. Ötən ilin sentyabr ayının sonunda dövlət başçısı yeni Konstitusiya ilə birlikdə iki palatalı parlamentin yaradılmasını nəzərdə tutan dəyişiklikləri təsdiqləyib. Yuxarı palatanın – Xalq Məsləhətinin başçısı, hazırkı dövlət başçısının fəaliyyət qabiliyyətli olmadığı halda, müvəqqəti olaraq Türkmənistan prezidenti vəzifəsini icra edir.
Yeni parlamentə seçkilər 2021-ci ildə Konstitusiyada qəbul edilmiş dəyişikliklər qüvvəyə mindikdən sonra keçiriləcək. Dəyişikliklərə görə keçmiş prezident Xalq Məsləhətinə ömürlük üzv olmaq hüququna malikdir.
Lakin Qurbanqulu Berdıməhəmmədov təqaüdə getməyə tələsmir. Bu günlərdə o, keçən ilin nəticələrini yekunlaşdırıb. “Ötən il hamımız üçün çətin və mürəkkəb keçsə də, qlobal iqtisadiyyatda yaşanan böhrana baxmayaraq, müvəffəqiyyət əldə edə, demək olar ki, bütün planları yerinə yetirə bildik”, – deyə dövlət başçısı hökumətin iclasında bildirib.
O, milli iqtisadiyyatın böyümə sürətinin qaldığını söyləyib. ÜDM artımı 5,9%, o cümlədən sənayedə – 3,3%, ticarətdə – 15,1%, nəqliyyat və rabitə sektorunda – 4,7% təşkil edib. Təxminən 12 min yeni iş yeri açılıb. Tikinti sənayesinə 38 milyard dollardan çox sərmayə qoyulub. Ümumi dəyəri 8 milyard dollar olan 45 iri sənaye və sosial obyekt istifadəyə verilib. 2020-ci ildə ölkədə ali təhsil müəssisələri, səhiyyə, mədəniyyət və idman mərkəzləri istismara açılıb.
İqtisadiyyatın çevrilməsi və bazar fəaliyyət mexanizmlərinə keçid üzərində iş davam edir. Ölkənin gələcək uğurlu inkişafı üçün dövlət başçısına görə “yeni layihələr, yeni ideyalar və idarəetmə metodlarına ehtiyac var”.
Tərcümə: Strateq.az
Tarix: 16-02-2021, 20:37
Xəbəri paylaş



Xəbər lenti