Xəstəxana dəhlizləri cəsədlə doldu QORXUNC GÖRÜNTÜ...






Dünyanı cənginə alan koronavirus epidemiyası Rusiyada qorxunc görüntülərə yol açıb. 24 mindən artıq insanın həyatını itirdiyi ölkədə morqlarda yer qalmayınca xəstəxana dəhlizləri morqa çevrilib.

Moderator.az xəbər verir ki, Sibir vilayətindəki xəstəxanaların birində koronavirus səbəbi ilə həyatını itirənlərin cəsədləri xəstəxana dəhlizlərinə toplanıb. Qeydə alınan görüntülərdə 30-dan artıq cəsədin dəhlizə toplandığı görülüb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon 447 min 335-ə çatarkən, bu günə qədər virusdan 24 min 922 nəfərin öldüyü bildirilib.
Tarix: 21-10-2020, 20:19
Xəbəri paylaş



Xəbər lenti