Türkiyə öz hava məkanı vasitəsilə Ermənistana ABŞ-dan 100 ton humanitar yardımın çatdırılmasına icazə verməyib.Trend xəbər verir ki, bunu Ermənistanın diaspor ilə iş üzrə ali komissarı mətbuat konfransı zamanı deyib.
Qeyd edək ki, Ermənistana "humanitar yük" adı altında silah daşınması barədə təkzibedilməz faktlar var. Ermənistan artıq mülki təyyarələrlə ölkəyə tonlarla silah gətirib. Hətta bunun üçün Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın uçduğu hökumət təyyarəsindən də istifadə edilib
Tarix: 15-10-2020, 07:59