Gəncə əhalisinə qarşı ötən gecə terror aktı törətdikdən sonra Azərbaycan ordusunun sarsıdıcı zərbələri ilə üz-üzə qalan işağlçı ölkə yenə də həmsədrlərdən nicat umur. Elə Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın Rusiya paytaxtına səfəri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüş planı da düşmənin ağır durumundan irəli gəlir.Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Moskvaya səfəri çərçivəsində Mnatsakanyan təkcə Rusiya XİN başçısı S.Lavrovla deyil, həm də Rusiya, Fransa və ABŞ-dan olan “üçlük”lə bir araya gələcək. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan açıqlama verib.
Xatırladaq ki, Moskvadakı atəşkəs razılaşmasının Gəncədə törədilən terror aktı ilə pozulmasından sonrakı saatlarda həmsədrlərdən Ermənistanın alçaq hücumuna hər hansı reaksiya verilməyib. Atəşkəs razılaşması Ermənistan tərəfindən kobud şəkildə pozulduqdan sonra “quyruğu qapı arasında qalan” Mnatsakanyan isə Rusiya paytaxtından qayıtdıqdan bir sutka sonra yenidən Moskvaya qaçır.
Tarix: 11-10-2020, 22:08