Vaşinqton Kiyevə 250 milyon dollar həcmində hərbi kömək göstərəcək. ABŞ Müdafiə Nazirliyinin (MN) xəbərində deyildyi kimi, bu vəsait Rusiyanın təcavüzündən daha effektli müdafiə olunmaq üçün Ukraynaya kömək etməlidir.
Maliyyənin ayrılması barədə qərar ABŞ və Ukrayna arasında müdafiə sahəsində çoxdankı münasibətləri təsdiqləyir - «Rusiya ilə qabaqcıl strateji rəqabət sahəsində mühüm həmkar» - relizdə belə deyilir.
Vaşinqtonda xatırladıblar ki, əvvəlki kimi, Ukraynanın suverenliyini və beynəlxalq aləmin tanıdığı sərhədlər daxilində ərazi bütövlüyünü dəstəkləyirlər.
Pul, sursat alınmasına və Ukrayna hərbçilərinin əlavə hazırlığına yönəldiləcək.
AzPolitika.info