Co Bayden: “Tramp seçkilərin nəticələrini qəbul etməsə, hərbi müdaxilə baş verə bilər”

 

ABŞ-da prezident seçkilərinə 5 ay qalmış Demokrat və Respublikaçılar arasında gərginlik artır. Dünyanın ən qüdrətli dövlətinin tarixində bəlkə də ilk dəfə tərəflər arasında bu dərəcədə seçki saxtakarlığı məsələsi gündəmə gəlir.

Hazırkı prezident Donald Trampın əsas rəqibi, keçmiş vitse-prezident Co Baydenin açıqlamaları bu cəhətdən diqqəti cəlb edir.

Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, “Comedy Central” kanalının 'The Daily Show' proqramına qatılan Co Bayden Donald Trampın seçkini saxtlaşdırmağa çalışacağını iddia edib.

“Mənim tək bir nigarançılığım var. Bu prezident səslərimizi oğurlamağa cəhd edəcək”,- deyə o bildirib.

Keçmiş vitse-prezident D.Trampın bunu necə həyata keçirəcəyinə açıqlıq gətirməsə də, bunun poçt yolu ilə göndərilən səslər vasitəsilə gerçəkləşdiriləcəyinə işarə vurub.

“Bu adam poçt yolu ilə səs verilməsinin saxtakarlıq olduğunu söyləsə də, özü son seçkilərdə Oval Ofisdəki (prezidentin kabineti-red.) masasının arxasında səs verdi”,-deyə Co Bayden rəqibinin səmimi davranmadığını iddia edib.

Demokrat namizəd bunun önünə keçmək üçün Demokrat partiyasının bütün ölkə ərazisindəki seçki mərkəzlərində vəkillə təmsil olunmasının vacibliyini bildirib.

Co Bayden həmçinin son günlərdə baş verən iğtişaşlar zamanı Trampla hərbi komandanlıq arasındakı gərginliyə diqqət çəkib. Onun sözlərinə görə, əgər Donald Tramp məğlubiyyətini qəbul etməsə, ordu vəziyyətə əl qoyub müdaxilə edə bilər.

 

Tarix: 12-06-2020, 07:50
Xəbəri paylaş



Xəbər lenti