Sankt-Peterburq xəstəxanasında kriminal aləmdə Saçino Qeqeçkori adı ilə tanınan 70 yaşlı “oğrubaşı” ("vor v zakone") koronovirusdan vəfat edib.Avropa.info xəbər verir ki, bu barədə “Praym Kraym” saytı məlumat yayıb. Qeqçkori Kovid-19-dan ölən ilk “oğrubaşı” kimi tanınır. Geniş ictimaiyyətdə tanınmasa da, kriminal mühitdə avtoritetə malik idi. Qafqazdan çıxan titullu “oğru”lardan biri sayılırdı. Təsir dairəsi Sankt-Peterburqu əhatə edirdi. Son illər heç bir tacqoyma mərasimi onun iştirakı olmadan keçməyib.
Qeqeçkorinin tac qoyduğu kriminal avtoritetlər arasında Taxi və Petroviç kimi “oğru”lar var. Saçino Qeqeçkori 2020-ci ildə ölən artıq altıncı “oğrubaşı”dır.
Tarix: 11-06-2020, 22:16